Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir.[1]
Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür. [2]
HAVANIN TEMPERATURUNUN DƏYİŞMƏSİ[ölü keçid]