Minirə Ağahüseynova

Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri.[1]

Minirə Ağahüseynova
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmlər doktoru
Elmi adı Professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əlamətdar və tarixi günlər təqvimi 2010. Bakı. 2009. səh. 136. (#first_missing_last)
  2. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.