Kitabxana 1885-ci ildə Minneapolis Kitabxana Şurasının açılışından sonra yaranıb.
2008-ci ildə kitabxana Hennepin Şəhər kitabxanası ilə birləşdirildi.[1] Birləşmə zamanı kitabxanaya Minneapolis Mərkəzi kitabxanası və 14 filial kitabxanaları daxil idi.[2] Onun kolleksiyası 3,1 milyona yaxın idi ki, onlardan 2,2 milyonu mərkəzi kitabxanada yerləşirdi.[3]
Minneapolisdə 3 mərkəzi kitabxana tikilib, hər biri sonuncunu daha böyük və müasir bina ilə əvəz edib. Birincisi 1889-cu ildə, ikincisi 1961-ci ildə, üçüncü və indiki binası isə 2006-cı ildə açılmışdır.
7 noyabr 2000-ci ildə Minneapolis seçiciləri yeni Mərkəzi Kitabxana binasının maliyyələşdirilməsi də daxil olmaqla, kitabxana xidmətlərinin yaxşılaşdırılması üçün 140 milyon dollarlıq paketi təsdiq etdilər. Bina Minneapolis Memarlıq idarəsi tərəfindən layihələşdirildikdən sonra[4][5] 20 May 2006-cı ildə ictimaiyyətə açılıb.