Mip Qiz (15 fevral 1909[1][2], Vyana[4] – 11 yanvar 2010[3][1][…]) – Avstriya mənşəli holland yazıçı.
Mip Qiz | |
---|---|
nid. Miep Gies | |
Doğum tarixi | 15 fevral 1909[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 2010[3][1][…] (100 yaşında) |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | yazıçı, müqavimət döyüşçüsü[d] |
Mükafatları | |
miepgies.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
1909-cu ildə Vyanada doğulmuş Hermine Miep Santruschitz 11 yaşında olarkən Hollandiyaya köç edir. Dünyanı səyahət edir və antisemitizm mövzusunda konfranslarda çıxış edirdi. 1933-cü ildə Otto Frankın "Opekta" adlı şirkətində işləməyə başladı. 1941-ci ildə nasist quruluşlarına qoşulmağı rədd edərkən, hollandiyalı dostu Jan Qiz ilə evlənərək Avstriyaya göndərilməkdən xilas oldu.
Almanlar Hollandiya yəhudilərini tutub, düşərgələrə göndərməyə başlayanda, Otto Frank Miepdən ailəni gizlətməsini və savaşın sonuna qədər ehtiyaclarını qarşılamağını istədi. Mip Qiz heç tərəddüt etmədi. Qiz ailəsi və köməkçisi olan 4 nəfər Frank ailəsini almanlardan qorumaq üçün çalışdı.
Mip Qiz öz həyatını təhlükəyə atan digər 4 nəfər ilə birlikdə 2 il müddətində Frank ailəsinə kömək etdi.
Almanlar ailəni ilk dəfə polis bölməsinə aparanda,Mip Qiz yenə bir cəsarət örnəyi göstərərək, ailəni sərbəst buraxmaq üçün polis bölməsinə gedərək rüşvət verməyə cəhd etdi. Lakin artıq gecikmişdi. Ailə əvvəlcə Uestbork daha sonra isə Auschwitz düşərgəsinə göndərilmişdi. Mip Qizə kömək edən Viktor Kuqler və Yohann Kleyman,düşərgələrə göndərilsələrdə həyatda qalmağı bacardılar.
Düşərgələrdə bütün ailəsini itirən Otto Frank,yenidən evlənənə qədər, 1952-ci ilə qədər Qiz ailəsi ilə birlikdə yaşadı. Mip Qiz Anna Frankın gündəliyinin çap olunmasında Otto Franka kömək etdi.