Miqmatit

Miqmatit – qeyri-bircins maqmadan və ətraf süxuların ərinməmiş qalıqlarından ibarət mürəkkəb tərkibli süxur. Maqmanın substrata və ya ətraf süxurlara inyeksiyası nəticəsində (Miqmatitləşmə) əmələ gəlir. Miqmatit iki böyuk qrupa ayrılır: inyeksiya yolu ilə yaranmış miqmatit -arterit, selektiv ərinmə, yaxud metamorfik diferensiasiya yolu ilə yaranan miqmatit -venit. Müxtəlif mənşəli və tərkibli, yaxud quruluşlu və teksturlu miqmatit növləri məlumdur.

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.