Mirəli Məmməd oğlu Əzimov


Mirəli Məmməd oğlu Əzimov
Mirəli Məmməd oğlu Əzimov.jpg
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi mühəndis
Elmi dərəcəsi texnika elmləri namizədi 1987



Mirəli Məmməd oğlu Əzimov - Mirəli Məmməd oğlu Əzimov 20 sentyabr 1946-cı ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. 1953-cü ildə Müsüslü kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi «Maşınqayırmanın texnologiyası, metalkəsən alətlər və dəzgahlar» ixtisasına daxil olub, 1969-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru idi. 1970-ci ildə «Materiallar müqaviməti» kafedrasına asisstent vəzifəsinə keçirilib, 1981-ci ildə kafedranın baş müəllimi vəzifəsinə təyin olunub, 1987-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını alıb. 1991-ci ildə kafedranın dosenti vəzifəsinə seçilmiş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

Çap olunmuş elmi məqalələri

1. SMU universal stenddə «Materiallar müqaviməti» kursundan laboratoriya işlərinin aparılması üçün Metodik göstəriş. Bakı-2000, 44 səh.

2. Yastı əyilmə və dayanıqlığı hesablamalar (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2001, 26 səh.

3. Dartılma, sıxılma və burulmada hesablamalar (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2004, 21 səh.

4. Dirsəkli valın möhkəmliyə hesablanması (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2006, 18 səh.

5. Müstəvi çərçivələrin hesabı (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2007, 24 səh.

6. Elastiklik həddi xaricində dartılma-sıxılma məsələləri (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2009, 30 səh.

7. Sıxılan milin dayanıqlığa hesabı (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2011, 23 səh.

8. Materiallar müqaviməti fənnindən mühazirələrin qısa məzmunu (Elektron variant). Bakı-2012, 157 səh.