Mir Məhəmməd Kərim ağa Mircəfərzadə

Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən.

Mir Məhəmməd Kərim ağa
Axund Mir Məhəmməd Kərim ağa Cəfərzadə
Doğum tarixi 1855 və ya 1853
Doğum yeri
Vəfat tarixi 1938
Milliyyəti Azərbaycanlı
Tanınır Quranı Azərbaycan dilinə ilk tərcümə edən şəxs

Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır.

Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır.

"Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər. Çünki Qurandan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitabı istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi. Quran tərcümə edilərsə o zaman xalq onu öz ana dilində oxuyub maariflənər, nəticədə fırıldaqçı mollaların saxta sözlərinə inanmazlar. O həmçinin müqəddəs kitabın üç cildlik təfsirini yazır və Quranla birgə mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə "Kaspi" qəzetinin Bəxariyə mətbəəsində çap etdirir. Onun bu zəhməti müqabilində Hacı kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl da bağışlayır.

Mir Məhəmməd Kərim ağanın doğum tarixi mübahisəli olub. Onun haqqında yazan müəlliflər axundun 1853-cü ildə anadan olduğunu yazırlar. Lakin Mir Məhəmməd Kərim ağanın doğum tarixi haqqında ən müfəssəl məlumatlardan biri S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan, axundun oğlu Böyükağa – əsl adı Mir Cəfərin 1976-cı ilin may ayının 21-də yazdığı qeyddir. O yazır: "Atam, Mir Məhəmməd Kərim Cəfərzadə 1855-ci ilin iyun ayında anadan olmuşdur. Bu şeir atam Mir Məhəmməd Kərim Cəfərzadənindir".

"Yetmiş səkkiz sinə vardım, daima leylü-nəhar,
Bu cahan əsrarının həllində oldum paydar:
Qibət məlumum oldu, ey həkimani – cahan,
Bu cahan əsrarının həllində yoxmuş iqtidar".

Göründüyü kimi, şair bu misraları 78 yaşında yazmışdır. Axundun oğlu qeyd edir ki, bu şeri atası 1933-cü ilin sentyabrında qələmə alıb (Mir Cəfər ağa səhv edirdi. Çünki dəqiq məlumdur ki, Mir Məhəmməd Kərim ağa 85 yaşında güllələnib. O zaman şeirin 1933-cü ildə yox, 1931-ci ildə yazıldığı müəyyənləşir – A.K.). Əgər axundun oğlunun sözünə inansaq, belə nəticəyə gəlmək olar ki, 78 yaşında yazılan bu şeirin müəllifi axund Mir Məhəmməd Kərim Cəfərzadə 1853-cü ildə yox, 1855-ci ildə doğulub. Lakin Mərkəzi Dövlət Tarix Arxivi alimin doğum tarixi haqqında verdiyi arayışda Mir Məhəmməd Kərim ağanın 1853-cü ildə anadan olduğu göstərilir. Bu arayışı daha dəqiq hesab etmək olar. Çünki XX əsrin əvvəllərinə qədər doğum, ölüm, kəbin haqqında qeydlər həmən şəxsin yaşadığı evin yaxınlığındakı məscidlərdə aparılırdı. Müasir dövrdə də bu üsuldan istifadə edərək hər bir şəxsin doğum, ölüm tarixləri onların yaşadığı rayonda yerləşən VVAQ-da qeyd edilir.

O, ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki mədrəsədə almışdı. Lakin onlardan fərqli olaraq Mir Məhəmməd Kərim ağa öz istedadı və bacarığı ilə seçilirdi. Atası təhsilini davam etdirmək üçün oğlunu İraqın Bağdad şəhərinə göndərir. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətəninə qayıdır.

İsmailiyyə binasının təməlqoyma mərasimində Bakının qazısı olaraq dua oxudu.

İlk öncə İçərişəhərdəki "Şah məscidi"ndə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilir. Bu ərəfədə axund şəhərin ictimai-mədəni həyatında, xalqının maariflənməsində fəal iştirak edirdi. Bəzi ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək camaatı ayağa qaldırır və bəzən onları "cihad"a çağırmaqdan belə çəkinmirdilər. Lakin qız məktəbini açmaq təklifini bəyənmiş H.Z.Tağıyev onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs sayılan yerlərinə – Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki, orada olan mötəbər, rəsmi din xadimlərindən sənədlər alsınlar ki, müsəlman qızları şəriət məktəblərində təhsil ala bilər və burada heç bir qəbahət görmürlər. Bununla da axund Mir Məhəmməd Kərim ağa və başqa ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurlar.

Bundan əlavə, Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olur. O, şərq dillərindən – əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edir.

Böyük ərəb yazıçısı, alimi Circi Zeydanın İslam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə tərcümə edir. Bunlardan "Əzrayi-Qüreyş", "Kərbəla yanğısı", "Osmanlı inqilabı", "İslamın mədəniyyət tarixi", "On yeddi Ramazan" tarixi romanlarını göstərmək olar.

Axund Şam və Fələstində müsəlmanlarla səlibçi-xristianlar arasında gedən ikiyüzillik (490-690) müharibəni təsvir edən "Səlib müharibəsi" romanını yazır və 1913-cü ildə nəşr etdirir.

"Üçlüy"ün nəzarəti altında gedən repressiyanın qurbanları siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müxtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta dini xadimlər də var idi. Həmin din xadimlərindən biri də ictimai həyatımızda əvəzsiz xidmətləri olan axund Mir Məhəmməd Kərim Cəfərzadə də var idi.

Qala-Maştağa rayonu anti-sovet elementlərin (ASE) fəallarının siyahısının çıxarışından:

Mir Məhəmməd Kərim Mir Cəfər oğlu – 70 yaşında, keçmişdə Qazi, səsdən məhrum edilmiş, məşğuliyyəti müəyyən edilməmiş, Mərdəkan kəndindən, mühakimə olunmamış.

Keçmiş Zaqafqaziya "Qazi"si, gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir.

Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini, təhlükəsizlik mayoru: Borşev əsli ilə düzdür: XDİK-nın rayon şöbəsinin rəisi Ziyalov 13 fevral 1938-ci ildə tərtib olunmuş "Axtarış protokolu"nda göstərilir ki, M.K.Cəfərzadənin evində axtarış aparılan zaman C/V 183877 saylı pasport və müxtəlif anti-Sovet quranlar aşkar edilib (Qəribədir "Qurani-Kərim"in məgər anti-Soveti də olur? – A.K.). 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin həbsi üçün həmən gün order yazılır. Həmən gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir.

1939-cu il martın 15-dən 16-na keçən gecə represiya qurbanları arasında güllələnərək şəhid edildi. Dini fəaliyyəti və anti-sovet çıxışları ilə rejim əleyhdarı elan edilən alimin evi talan edilmiş, kitabxanası isə yandırılmışdı.

  • Kəşfül-həqayiq[1][2][3]
  • “İran kəndlərinin halı”
  • “Təbrizdə gördüklərim”,
  • “On yeddi Ramazan”
  • “Ermənüsə”
  • “Özreyi-Qureyş”
  • “Kərbəla yanğısı”
  • “Fəthətu Ğassan”
  • “Rəşidin bacısı Əbbasə”,
  • “Əbu Müslüm əl-Xorasani”
  • “Səlib müharibəsi”
  • “Əmin və Məmun qardaşları”.
  1. "QMİ 110 il əvvəl işıq üzü görmüş "Kəşfül-Həqayiq" kitabını yenidən nəşr etdirib (FOTO)" (az.)). trend.az. 2014-04-01. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  2. К.Орхан. "УМК переиздало первый комментарий Корана "Kəşfül-Həqayiq" на азербайджанском языке" (rus.)). salamnews.org. 2014-04-01. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  3. ""Kəşfül-həqayiq" əsəri nəşr edilib" (az.)). science.az. 2014-04-07. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  • Məhərrəmov Nizami, Babaşov Məmmədəli. Qafqaz Müsəlmanlarının Atası, “Ədəbiyyat” qəzeti, Bakı, 1991, 8 fevral, № 6, (2453). səh. 6
  • İlkin Qılman. Bakının Üç Üləması. Bakı: “Ədəbiyyat və İncəsənət” qəz., 1990, 24 avqust, № 32, (2427).
  • Babaşov Memmedeli. Ahund Mir Muhammed Kerim el-Bakuvi`nin Hayatı ve Eserleri //Qafqaz Üniversitesi 1996-1997 Haftalık Seminerleri. Bakü: Qafqaz Universetesi neşriyyati, 1998, 145 s.
  • Cəfərov Mirsəməd. İlk Quran Təfsirçimiz. “Zaman” qəz., Bakı, 1999, 28 sentyabr
  • Mir Muhammed Kerim Baküvî, Gerçeğin Doğuşu-Alevî Kur’an Tefsiri, (Tahkik, tahriç, tahlil ve Türkiye Türçesi’ne aktararak hazırlayan: Ahmet Dolunay), Merkür yayınları, I. baskı, İstanbul 2000, I-III;
  • Dolunay Ahmet. Dinde Şifahılık Olmaz // Aksiyon Haftalık Haber dergisi, sayı: 295, 29.07.2000, s 26-34.
  • Qılman İlkin. Bakı və bakılılar (Üçüncü nəşri). Bakı, «Nurlar» NPM, 2006, səh. 254-255 . Lisenziya AB № 022039. ISBN 9952-426-12-7
  • Babaşlı Məmmədəli. Axund Mir Məhəmməd Kərim Mircəfərzadə əl-Bakuvinin həyat və yaradıcılığı // Dövlət və Din, Bakı, 2008, mart, № 1 (5), s. 158-169.
  • Ə.R.Fərhadov. Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin yaradıcılığında maarifçilik ünsürləri // Gənc alimlərin əsərləri, №4, Bakı, 2011, s.206-211.
  • "Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən şəxs" (az.)). azadliq.info. 2012-07-20. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  • Ə.R.Fərhadov. Ərəb qrafikası ilə yazılmış bəzi əsərlər haqqında (Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin əsərləri əsasında) // Milli Azərbaycan Tarixi Muzeyi-2012, Bakı: “Elm”, 2012, 336 s., s.80-93
  • Ə.R.Fərhadov. Əbu Hamid əl-Qəzali və Mir Məhəmməd Kərim Mircəfər əlBakuvidə cəmiyyət və onun islahı məsələsi // “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” II Respublika elmi konfransının materialları. Bakı: “Ziya”, 2012, 164 s., s.80-85.
  • Ə.R. Fərhadov. Mirməhəmməd Kərim Mircəfər Bakuvi və maarifçilik. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. № 2. 2012. UOT 94 (479.24). səh. 175-181
  • Ə.R.Fərhadov. Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin həyatı və maarifçilik fəaliyyətinə dair. Life and enlightenment work of Mir Muhammad Karim Mirjafar al-Bakuvi // Miras, №7, Bakı: 2013, s.76-85.
  • Ə.R.Fərhadov. Mir Məhəmməd Kərim əl-Bakuvidə dini, təsəvvüfi və ədəbi rəmzlər // Kafkasya'dan Anadolu'ya Kültür Köprülerimiz Uluslararası Seyyid Yahya Şirvani ve Halvetilik Sempozyumu Bildiri Kitabı. Eskişehir, 2013, 864 s., s.493-509.
  • əl-Bakuvi. Kəşfül-Həqayiq. I cild. Transliterasiya: Ə.R.Fərhadov. Bakı. 2014. 552 səh. ISBN 978-9952-82-21-9-9
  • Ə.R.Fərhadov. Mir Məhəmməd Kərim əl-Bakuvi və "Kəşfül-həqayiq" // Dövlət və din, №-1, Bakı, 2015, s.87-96.
  • İlkin Məmmədov. "Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən tarixi şəxsiyyət" (az.)). az.shabestan.ir. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  • Ə.R.Fərhadov. Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsərində ədəbi, dini mövzular və rəmzi yanaşmalar // Journal of Qafqaz UniversityHistory, law and political sciences, 2015. Volume 3, Number 1, p. 59-72.
  • Ə.R.Fərhadov. XX əsrin əvvəllərində tarix elminə baxış (Corci Zeydanın və Mir Məhəmməd Kərim Mircəfərzadə əl-Bakuvinin əsərləri əsasında) // Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransının materialları. Bakı: “Elm və təhsil”, 2015, 320 s., s.123-133.
  • Babaşlı Məmmədəli. Axund Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin ərəb dilindən tərcümə tarixindəki yeri və rolu. "İpək yolu", № 2, 2015. ISSN 1810-911X. "Filologiya elmləri". səh. 122-127
  • Əli Rizvan oğlu Fərhadov. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali Azərbaycanda islami maarifçilik və islahatçılıq hərəkatı (Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin "Kəşfül-Həqayiq" əsəri əsasında)[ölü keçid]. İxtisas: 5503.02 – “Vətən tarixi”. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın Avtoreferatı. Bakı - 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]