Mir Teymur Məmmədov (d. 21 yanvar 1947, Bakı) — Azərbaycan rəssamı.
Mir Teymur Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | rəssam |
Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968–1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb. 2006-cı ildə "Sülhün elçisi" adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə "Simurq" diplomu ilə təltif olunub. 1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir. 2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür.