Mirhafiz Bahadır

Abbasov Hafiz Mirbahadır oğlu (Mirhafiz Bahadır) (15 fevral 1939, Lənkəran) — şair.

Mirhafiz Bahadır
Doğum tarixi (85 yaş)
Doğum yeri Lənkəran, Lənkəran
Fəaliyyəti şair

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mirhafiz Bahadır 15 fevral 1939-cu ildə Lənkəran şəhərində anadan olmuş, 1961-ci ildə şəhər 2 saylı orta məktəbini bitirmiş və 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstutunu qurtarmışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə kinomexanik köməkçisi kimi başlamış, sonralar uzun müddət "Lənkəran" ("Leninçi"), "Astara" ("Sovet Astarasi") qəzetlərində, həmçinin, Lənkəran radio redaksiyasında işləmişdir. Bu müddətdə müəllifin respublika qəzetlərində çoxlu sayda oçerk, felyeton, hekayə və şeirləri dərc olunmuşdur. İlk şeiri olan "Tonqal" şeiri 1956-cı ildə işıq üzü görən Mirhafiz Bahadır yaradıcılığa əsasən XX əsrin 60-cı illərində başlamışdır. M. Bahadır Azərbaycan Yazıçılar Birliynin və Cənub bölgəsi yazarlarının orqanı olan "Şəfəq" jurnali redaksiya heyətinin üzvüdür.

  • Güllə atma qaranquşa (1999) (şeirlər)
  • O əllərin hərarəti (2003) (şeirlər)
  • Şimşək parıltısı (2004) (şeirlər)
  • Qorxma, burdayam! (2009) (şeirlər)
  • Qızılı Yarpaqlar (2010) (şeirlər və poema)