Mirnazim Əsədullayev

Mirnazim Müştəba oğlu Əsədullayev (27 avqust 1951, Bakı) — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır.

Mirnazim Əsədullayev
Əsədullayev Mirnazim Müştəba oğlu
Doğum tarixi (73 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Toğrul Əsədullayev
Elm sahələri Kamança, Müəllim, Muğam
Elmi dərəcəsi professor
Elmi adı professor
İş yerləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Tanınır Kamança İfaçısı, Muğam üçlüyü, Artist.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
3-cü dərəcəli "Əmək" ordeni — 2023

Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976–1981-ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971–1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969-cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun "Qızıl fond" unda "Nəva", "Rahab", "Çahargah", "Bayatı-şiraz", "Humayun", "Orta-mahur" və başqa lent yazıları qorunub saxlanılır. 1992-ci ildə Fransada Mirnazim Əsədullayevin ifasında milli muğamlarımız yazılmış kompakt disk yazılaraq muğamsevərlərə ərməğan edilmişdir. O, Hacı Allahşükür Paşazadə "Halal adam", Yaqub Məmmədov "Əbədi ölməzlik", Tələt Qasımov "70-in mübarək Hacı Tələt", Ədalət Vəzirov "Sahibini itirmiş kaman", "İfaçılıq sənətimizə bir nəzər" yaxud "Musiqimizi zay etsək, bizlər üçün ar olsun" məqalələrin müəllifidir. Mirnazim Əsədullayev ifaçılıqla yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir."İnstrumental ifaçılıq" kavedrasının dosentidir. O, həmçinin Xəzər universitetinin musiqi və incəsənət kafedrasının müəllimidir, Xalq artisti Arif Babayevlə birlikdə orada tələbələrə muğam və xalq musiqisinin əsaslarını öyrədir. Mirnazim müəllimin peşəkar musiqiyə, Qərb, Rus və Azərbaycan bəstəkarlıq məktəbinə bələdliyi, həm də muğam sənətini dərindən bilməsi, onun "İxtisas" (not üzrə), "Muğam" fənlərinin tədrisində mühüm əhəmiyyət kəsb edir. ADMİU- nin "İnstrumental İfaçılıq" kafedrası üçün " Kamanşa " və "Qanun " alətləri üçün İxtisas və Muğam, Orta İxtisas Musiqi Məktəbləri üçün "Kamança" ixtisası üzrə İxtisas və Muğam proqramlarının, eləcə də " Şur muğamının tarixinə dair" və " Şur muğamının ifaşılıq xüsusiyyətləri" adlı metodik vəsaitlərinin müəllifidir. 2016-cı ildə Mirnazim Əsədullayevin 65 illik yubileyi münasibətilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmon ifaçısı Əhsən Rəhmanlının, Mirnazim Əsədullayevin həyatını, özünün və Ona doğma insanların müsahibələrini özündə əks etdirəm "Sənətə sədaqət" kitabı təqdim edildi. 2018-ci ilin sonunda xalq artistləri, xanəndə Teyyub Aslanov və tarzən Vamiq Məmmədəliyevlə birgə Bayatı-qacar muğamını hazırlayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin səhnəsində ifa ediblər. 2019-cu ilin əvvəlində Bayatı-qacar muğamını Azərbaycan Dövlət Televiziyası üçün ifa ediblər. Ötən 45 il ərzində Mirnazim Əsədullayev saysız-hesabsız tələbələr yetişdirmişdir. 2000-ci ildə Təhsil Nazirinin əmrinə əsasən " İlin ən yaxşı pedaqoqu " kimi Fəxri Fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.05.2007-ci il tarixli sərəncamına əsasən Mirnazim Əsədullayev Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Mirnazim Əsədullayevin ifaçılıq fəaliyyətinə görə Azərbaycan Milli Mədəniyyətin təbliği Mərkəzinin təltif etdiyi "Uğur 2009" mükafatına layiq görülmüşdür.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.[1]

Ailəlidir, iki oğlu var Elnur və Toğrul.

  1. Ocaq başı (film, 1990)
  2. Nigarançılıq (film, 1998)
  3. Mənsuriyyə sorağında (film, 2002)
  4. Kaman (film, 2011) (qısametrajlı sənədli film) (TV)
  5. Qayıdış (film, 1992)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.