Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni.
Miro Yaroş slovak. Miro Jaroš | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Jilina Slovakiya |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2004-cü ildən - bu günə kimi |
Janr | Electropop |
Albom şirkətləri | Sony Music, EMI Czech |
Vikianbarda əlaqəli mediafayllar |
Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir[1]. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır[1]. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər.
2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi[1]. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur. O şərq üslubunda bir neçə sinqlların demo versiyalarını yazdırır, lakin bu proekti sona çatdıra bilmədiyindən, Miro 2004-cü ildə İsraili tərk edərək, Slovakiyada keçirilən Slovensko Superstar konkursunda iştirak etmək qərarına gəlir[2]. Yarışmada o finala altıncı sırada daxil olur. Finalda isə o yeni yadığı "Kým vieš snívať" sinqlı ilə uğur qazanır[3].
2005-ci ildə onun Exoterika adlı debüt albomu satışa çıxaraq platin mükafatı qazanır. Onun növbəti Tlaková níž (2008) və Tráva musí rásť (2010) albomları çox böyük populyarlıq qazanır; onun yeni sinqlları isə Slovakiyanın radiolarında ən çox səsləndirilən komozisiyalara çevrilir. 2012-ci ildə müğənni özünün ən sevimli hit mahnılarını birləşdirən Všetko najlepšie adlı albom buraxır.