Mirsəlim Əsədov

Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor.

Əsədov Mirsəlim
Əsədov Mirsəlim Mirələm oğlu
Doğum tarixi (72 yaş)
Doğum yeri Neftçala, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri fiziki kimya, modelləşdirilmə
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi

MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin "Fiziki-kimya" kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır.

1982-ci ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01 — Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir.

1990-cı ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.

MirSəlim Əsədov 1980-ci ildən hal-hazıra qədər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləyir, Əvvəl Fizika İnstitutunda, kiçik elmi işçi, sonra isə Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda (QÜFKİ) qrup rəhbəri, böyük elmi işçi, sonra QÜFKİ-in əsasında yaradılmış Kimya Problemləri İnstitutunda (KPİ) bölmə rəhbəri işləmişdir. Hazırda o, AMEA KPİ-in əsasında yaradılmış akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Fiziki-kimyəvi texnologiyalar və modelləşdirmə" laboratoriyasının rəhbəridir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

MirSəlim Əsədov 647-dan çox elmi əsərin (məqalələlər, 50-dən çox ixtiraya patentlər, 3 monoqrafiya) müəllifidir. Apardığı elmi tədqiqat işləri ABŞ, Yaponiya, Rusiya, İngiltərə, Almaniya və başqa ölkələrin elmi mərkəzlərində ixtisaslaşdırılmış elmi jurnallarda, monoqrafiyalarda və kitablarda dərc edilmişdir. Məsələn jurnallardan aşağıdakıları göstərmək olar: Materials Chemistry and Physics , Solid State Comunications, Journal of Chemistry and Physics of solids, J. Physica B: Condensed materials, İnter. J. Thermophysics, Solid state physics, Physics and technology of semiconductors, Journal of Technical Physics, Inorganic chemistry, Journal of Physical Chemistry, Inorganic materials. M. M. Əsədovun elmi nəticələri nüfuzlu elmi mərkəzlərdə dərc olunan sorgu kitablarına və monoqrafiyalara daxil edilib. Onun elmi nəticələrinə çoxsaylı istinadlar var; məsələn, "Ternary Alloys Based on III–V Semiconductors" to be published by Taylor and Francis Group, LLC. 2017 sorğu kitabında nəşr edilib. MirSəlim Əsədovun elmi fəaliyyətinin əsas istiqamətiri qeyri-üzvi, fiziki-kimyəvi və fiziki-texnoloji sistemlərin nəzəriyyəsi, texnologiyası və moodelləşdirilməsi ilə bağlıdır. Yeni nəsil electron cihazların yaradılması nəzəriyyəsini, modelləşdirilməsini və texnologiyasını inkişaf etdirir. Hazırda o, çoxkomponentli çoxfazalı mikro- və nanosistemlərdə, defektəmələgəlmə nəzəriyyəsini və kvant halları hadisələrinin tədqiqi, modelləşdirilməsi üsullarının inkişaf etdirilməsi üzərində işləyir.

Əldə etdiyi elmi nəticələr

[redaktə | mənbəni redaktə et]

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 647 — xaricdə çıxmış elmi əsərlərinin sayı — 487 — beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı-119

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 52 Kadr hazırlığı: — fəlsəfə doktorlarının sayı 5 — elmlər doktorlarının sayı

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]

1. Asadov M. M. et al. Dielectric Properties and Heat Capacity of Solid Solutions // Inorganic Materials. 2015. V. 51. № 8. P. 772–778 2. Asadov M. M. et al. Dielectric properties of the CuInS2 single crystal in radio-frequency electric fields // Physics of the Solid State. 2015. V. 57. № 6. P. 1095–1099. 3. Asadov M. M. et al. Electrical Conductivity and Thermoelectric Power of Crystals // Inorganic Materials. 2015. V. 51. № 3. P. 220–224.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü :

1. Beynəlxalq Elmlər Akademiyaları Assosiasiysıanın (BEAA) "Elektron Materiallar" üzrə Elmi Şuranın üzvüdür. 2. Azərbaycan Kimya jurnalının, Azərbaycan Neft Təsərrüfatı və ADNA, ETİ-un Elmi Əsərləri jurnallarında Redaksiya Heyətinin üzvüdür. arında Redaksiya Heyətinin üzvü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]