Mirvari (gəmi)

"Mirvari" – 2013-cü ildə istismara verilmiş və Bakı bulvarında gəzinti gəmisi kimi istifadə olunan Azərbaycan gəmisi.

Mirvari
Mənşə ölkə
Sahibi Dənizkənarı Bulvar İdarəsi
İstismara verilmə tarixi 2013
İstehsal yeri İstanbul
Şərəfinə adlandırılıb mirvari
Sərnişin tutumu 460 sərnişin
Uzunluğu
  • 49,5 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Axşam görüntüsü.

"Mirvari" gəmisi 2013-cü ildə Türkiyənin İstanbul şəhərində "Özata" tərsanəsi tərəfindən Azərbaycan hökuməti üçün hazırlanmışdır. "Asiya Dənizçilik" şirkətinin birgə layihəsi olan gəmi 1 il ərzində tikilmiş və 6 avqust 2013-cü ildə Yalova şəhərində baş tutan mərasim ilə Xəzər dənizinə doğru yola düşmüşdür. Tikintidə 300 türk işçi iştirak etmişdir.[1]

Gəmi Bakı bulvarında təşkil olunan dəniz gəzintiləri üçün nəzərdə tutulmuşdur.[2] "Mirvari" 28 dekabr 2013-cü ildə gəzinti gəmisi kimi istifadəyə verilmişdir.[3] Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar olaraq 2022-ci ilin oktyabrında gəminin fəaliyyəti müvəqqəti dayandırılmışdır.[4] 2024-cü ilin oktyabrında gəmi ilə gəzintilərin bərpa olunacağı, gəmidə təmir-bərpa işlərinin aparıldığı açıqlanmışdır.[5] Gəminin təmiri 136 min manata başa gəlmişdir.[4] 1 noyabr 2024-cü ildə gəminin fəaliyyəti bərpa olunmuşdur. 2022-ci ilə qədər gəmi "Sadko" körpüsünün yanından hərəkət edirdisə, 2024-cü ildə müəyyənləşdirilmiş yeni marşrut xəttinə əsasən, Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edir.[6]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Mirvari" Bakı bulvarının ərazisindəki ən böyük gəmidir. Dənizkənarı Bulvar İdarəsinə məxsus sayca üçüncü gəmi olan bu gəminin eni 11,[2] uzunluğu 49,5 metrdir.[7]

3 mərtəbədən ibarət olan gəmi əvvəlcə 650 sərnişin tutumuna malik olsa da,[a] 2024-cü ildə 460 sərnişin tutumuna endirilmişdir.[9] İki mühərrikli gəminin iki qapalı zalı var.[4] Bu səbəbdən gəmişdə qış mövsümündə hərəkət etmək mümkündür. Gəminin 3-cü mərtəbəsi açıqdır və sərnişinlərin yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı seyr etməsi üçün nəzərdə tutulmuşdur.[2] Gəmi ilə səyahət 35–40 dəqiqə təşkil edir.[6] Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə gəmi xilasedici geyimlərlə və yanğından mühafizə sistemi ilə təchiz olunmuşdur.[2] Gəmidə restoran yerləşir.[7] Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti təmin edir.[6]

  1. Bəzi mənbələrdə 450 göstərilib.[8]
  1. "Yalova'dan Azerbaycan'a Yolcu Feribotu". Özata Denizcilik (türkcə). 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  2. 1 2 3 4 Telmanqızı, Sevinc. "650 nəfərlik səyahət, 5 manatlıq sandviç və "gəmi batacaq" təlaşı… - REPORTAJ, FOTOLAR, VİDEO". Müsavat. 4 yanvar 2017. 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  3. "Dənizkənarı Bulvarda ÜÇMƏRTƏBƏLİ GƏMİ - REPORTAJ". Apa.az. 28 dekabr 2013. 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  4. 1 2 3 "Bulvardakı "Mirvari" gəmisi təmir olunacaq". Modern.az. 16 avqust 2024. 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  5. "Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?". Oxu.az. 9 oktyabr 2024. 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  6. 1 2 3 "İki ildən sonra Bakı bulvarında gəmi gəzintisi bərpa edilib". Azərtac. 1 noyabr 2024. İstifadə tarixi: 2 noyabr 2024.
  7. 1 2 "Xəzərin "Mirvari"si – FOTO + VİDEO". Oxu.az. 11 aprel 2014. 9 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  8. "FREQUENTLY ASKED QUESTIONS". Dənizkənarı Bulvar İdarəsi (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2024.
  9. "Xəzərin "Mirvari"sinin iş qrafiki AÇIQLANDI". Oxu.az. 1 noyabr 2024. İstifadə tarixi: 2 noyabr 2024.