Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi[1].
Mirvari Fətəliyeva | |
---|---|
Fətəliyeva Mirvari Mətləb qızı | |
Doğum tarixi | |
Doğum yeri | Xanlıq Qubadlı |
Mükafatları |
1979-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulub. 1993-cü ildə Qubadlı işğal olunduğuna görə doğma yurdundan didərgin düşüb. Bakı şəhərində müxtəlif məktəblərdə təhsil alır son olaraq isə Maştağada yerləşən 187 saylı orta məktəbi bitirir. Məhz həmin məktəbdə fransız dilini öyrənməyə başlayır. Sonradan isə Azərbaycan Xarici Dillər Universitetinin Fransız dili tərcüməçilik fakultəsinə daxil olub. 4 illik təhsilini başa vurduqdan sonra Paris 8 Universitetində Fransız dili filologiyası sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultələrində magistr təhsili alıb.[2]
Təhsilini başa vurduqdan sonra bir neçə il Azərbaycan-Fransa Ticarət Palatasında çalışıb. Hazırda isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. Eləcə də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
2013-cü il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynova hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər[3].
2016-cı ildə prezident İlham Əliyev Mirvari Fətəliyevanı xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib[4].