Mirzə İsmayıl xan Mirzə Ələkbər xan oğlu Zəncani (1849-1909)—İran ordusunun generalı.
Mirzə İsmayıl xan Zəncani | |
---|---|
Mirzə İsmayıl xan Mirzə Ələkbər xan oğlu Zəncani | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, İran |
Milliyyəti | Türk |
Adyutantbası Mirzə İsmayıl xan (1849-1909) Zəncan əhalisindən olub, Mirzə Ələkbər xan adyutantbasının oğludur. O, 1883-cu ildə general rutbəsi alaraq, Nasirəddin şah tərəfindən topxanaya adyutantbası təyin edilir. O, uzun illər bu vəzifədə calısmısdır. 1889-cu ildə Zəncan və Kirmansah əhalisindən ibarət təskil edilmis alay bir muddət onun nəzarəti altında olmusdur. Bu alayda artilleriya rəisi vəzifəsini dasıyırdı. Cox cəsur və qorxmaz insan olan general İsmayıl xan həm də savadlı və xos xəttə malik, sair təbiətli idi. 1897-ci ildə bas vermis hadisədən sonar İsmayıl xan oz məğrurluğu və cəsarəti ilə bu gun də xatirələrdə yasayır. O hadisə ilə əlaqədar məlumatlara bir cox muəlliflərin yazılarında rast gəlmək olar. Mehdi Bamdad yazır ki, həmin il hərbi nazir, sahzadə Vəcihulla mirzə ilə Mirzə İsmayıl arasında xosagəlməz əhvalat bas verdi. Adyutantbası Mirzə İsmayıl xan hamının qarsısında sahzadənin pis əməllər sahibi olduğunu soylədi. Əmir xan sərdar ləqəbli olan Vəcihulla mirzə şahın və bas nazir Əminüddövlənin icazəsi ilə ona cubuq vurdurdu. Ismayıl xan hətta falaqqanın altında da sahzadəyə ağır sozlər deyir, təslim olmurdu, onun pis kecmisini və nöqsanlarını xatırladırdı. Iranda Kazak briqadasının rəisi polkovnik Kosoqovski bu hadisə ilə əlaqədar yazır ki, hərbi nazirin istirakı ilə generalın, artilleriya rəisinin Qəzvinin Cere topxanasında muhakiməsi oldu. Sədaqətli topcu əsgərlər öz rəislərinin təhqir edilməsindən o qədər qəzəblənmisdilər ki, özlərini zorla saxlayırdılar. Onlar hətta maaslarından imtina edərək hərbi nazirliyin binasını tərk etmisdilər. Sərdar Əmir xanın əmri ilə Mirzə İsmayıl xan və qardası həbs olundular. Onların ayaqlarını falaqqaya saldılar, isgəncə verdilər.
Ismayıl xan II dərəcəli "Müqəddəs Anna" ordeninə layiq gorulmus hərbci idi. Onun qardası mirpənc (general-leytenant) Məhəmmədibrahim xanın I dərəcəli Siri-Xursid nisanı vardı. Bu nəcib insanlara cox ağır cəza vermək istədikdə Baş nazir Əli xan Əminüddövlə mudaxilə edərək mane olmusdur. Talış xanı, onlar zindanda qaldıqları müddətdə yemək və dərman gondərmis, bu da onların tezliklə sağalmalarına cox kömək etmisdi... Mirzə İsmayıl xan 1901-ci ildə Azərbaycana gəlmis, Təbrizdə də artilleriyanın bas adyutantı vəzifəsində calısmısdır. O, 1909-cı ilədək bu vəzifədə olmusdur. 1909-cu ilin 2 avqustunda inqilab məhkəməsində muhakimə olunaraq edam edilmişdir.