Mirzə Əbdülfəttah xan Mirzə Abdulla xan oğlu Gərmərudi (d. 1786 – ö. 1848) — Azərbaycanın gözəl xətti və inşası olan münşirlərindən olmuşdur, diplomat.
Mirzə Əbdülfəttah Gərmərudi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sərab vilayəti, Gərmərud mahalı, İşlıq kəndi |
Vəfat tarixi | |
Fəaliyyəti | diplomat |
Hicri qəməri 1254 (1838)-cü ildə Nizamüddövlə ləqəbi ilə məşhur olan Hüseyn xan Acudanbaşı İran dövləti tərəfindən Avstriya, İngiltərə və Fransa dövlətlərinə diplomatik işlər üçün göndərildikdə Gərmərudi Əbdülfəttah da münşi vəzifəsində onunla birlikdə getmişdir. O, Avropada gördükləri hadisələri və dövrün vəziyyətini müxtəsər şəkildə qələmə alıb, "Çehil fəsl" ("Qırx fəsil") adlı bir əsər yazmışdır. Əbdülfəttahın digər əsəri Avropa şəhərlərindəki əyyaşlıq və əxlaqsızlıq haqqında "Şəbnamə" adlı əsərdir. Bu kitabların müxtəlif nüsxələri çap edilib yayılmışdır.