Mirzə Əli bəy Gərmərudi

Mirzə Əli bəy Gərmərudi (?-?) — şair, elbəyi.

Mirzə Əli bəy Gərmərudi
Doğum yeri Baslıq, Gərmərud mahalı, Sərab vilayəti
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirzə Əli bəy Gərmərudi Sərab vilayətinin Gərmərud mahalının Baslıq kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gərmərud mahalının və Şəqaqi elinin başçısı olmuşdu.

Mirzə Əli bəy şair idi. Əşrəf təxəllüsü ilə şeirlər yazırdı. Ünlü bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Əşrəf - adı Mirzə Əli, XIII (XIX) əsr söz ustalarındandır. O, Təbrizin Gərməri mahalının Baslıq kəndində doğulmuş və uzun müddət ata-babaları kimi Sərab, Gərməri ellərinə və Şəqaqi elinə başçılıq etmişdir. O, bəzən qəzəl də yazardı. Aşağıdakı beyt onun qəzəllərindən birinin birinci beytidir:

Vurğunluq, nalə zövqünü sən əgər aparsan,
Ey uçan quş, harda olsan mənə qoşularsan".
("Məcməul-füsəha")

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Sərab xanlığı. Bakı: Mütərcim, 2012, 232 səh.