Mirzə Fətəli xan Sahibdivan

Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu ŞiraziNasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi.

Mirzə Fətəli xan Sahibdivan
fars. حاج ميرزا فتحعلي خان صاحبديوان
Şəxsi məlumatlar
Doğum yeri Şiraz, İran
Vəfat yeri İran
Atası Hac Əliəkbər xan Qəvamülmülk

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şiraz şəhərində anadan olmuşdu. Məşhur Qəvam, Kəlantər nəslindindir.

Mirzə Fətəli xan Sahibdivan Azərbaycanın valisi olmuşdu. Təbrizdə həm valinin, həm vəliəhdin olması ağır yük idi. 1872-ci ildə yayılmış intibahnamədə vali Sahibdivana müraciətdə deyilirdi: "Bizi idarə etmək təkcə vəliəhdin olması kifayətdir. Artıq hakimlər, xüsusilə də sənin kimisi bizə lazım deyil".[1] Öz acgözlüyü və zülmkarlığı ilə əhalini cana gətirən Sahibdivana qarşı Təbrizdə dəfələrlə çıxışlar baş vermiş və nəhayət 1881-ci ildə Təbriz əhalisi onu Azərbaycandan qovmuşdur. (Buna baxmayaraq, şah Sahibdivanı başqa yerə - yerə Şiraza hakim təyin etmişdi).

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mirzə Fətəli xan Xürrəm Bahar xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu.Hüseyn xan, Heydərəli xan adlı oğlanları vardı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gürcüstan MDTA, fond 5, iş 2242, vərəq 2-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]