Mirzə Kərim xan Müntəzəməddövlə (12 iyul 1829, İran – 15 sentyabr 1887, Tehran) — İran ordusunun generalı.
Mirzə Kərim xan Müntəzəməddövlə | |
---|---|
Mirzə Kərim xan Əmir Məhəmmədhüseyn xan oğlu Ərcüməndi | |
Doğum tarixi | |
Doğum yeri | Firuzkuh, İran |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | Qum, İran |
Fəaliyyəti | hərbi lider[d] |
Mirzə Kərim xan 12 iyul 1829-cu ildə Firuzkuh şəhərində anadan olmuşdu. Herat fatehi Əmir Məhəmmədhüseyn xan Ərcüməndinin oğludur. Seyid mənşəlidir.
Mirzə Kərim xan Fransanın Sensir şəhərində hərbi məktəbdə oxumuşdu. Hərbi məktəbi bitirəndən sonra doğma vətənə dönmüşdü. Nasirəddin şahın Avropaya səfərlərinin birində müşayiət etmişdi.
Mirzə Kərim xan Müntəzəməddövlə, Səmsaməssəltənə, Sərdari-Mükərrrəm ləqəblərini daşıyırdı. Nasirəddin şah və Müzəffərəddin şah zamanlarında Əmirtümən rütbəsi, Sərdari-Firuz ləqəbi vardı.Firuzkuh qoşunun komandiri idi.
Mirzə Kərim xan bir müddət Nasiri hərbi məktəbinin müdiri vəzifəsini daşımışdı.