Mirzə Məhəmməd xan Borazcani (1873- 1930) — İran şairi, ədibi, siyasətçi.
Mirzə Məhəmməd xan Borazcani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Borazcan, İran |
Vəfat tarixi | |
Vətəndaşlığı | İran |
Milliyyəti | Fars |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Fars dili |
Mirzə Məhəmməd xan 1873-cü ildə Borazcanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Doğma şəhərlərinin valisi olmuşdu. Qəzənfərüssəltənə ləqəbini daşıyırdı.
Mirzə Məhəmməd xan Borazcani ingilis təcavüzkarlarına qarşı İranın cənub vilayətlərində başlayan milli azadlıq hərəkatına qoşulmuşdu.
Çakutah yaxınlığında Dəştistan, Təngistan şeyxlərindən Zayir Xızır xan Əhrəmi, Borazcan kələntəri Şeyx Hüseyn xan Çakutahi və Qəzənfərüssəltənənin iştirakı ilə yığıncaq olmuşdu. Bu yığıncaqda işğalçı qoşunlara qarşı müqavimət göstərmək, onların daxili bölgələrə yürüşlərinin qarşısını almaq qərara alınmışdı.
Mirzə Məhəmməd xanın iştirakı ilə "Borazcan komitəsi" yaranmışdı.
1915-ci ilin iyul ayında baş verən Əhrəm döyüşünün ağırlığını, gərginliyini görən "Borazcan komitəsi" Qəzənfərüssəltənənin başçılığı ilə 300 mücahidi, kapitan Əxtərin komandanlığı ilə 300 jandarmı təngistanlıların yardımına göndərdi.
Mirzə Məhəmməd xan Borazcani şair idi.
Mirzə Məhəmməd xanın İbrahim xan adlı oğlu vardı.