Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm

Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi (1879, Təbriz1951, Tehran) — Həkim, Tehran Tibb universitetinin rektoru.

Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi
fars. محمدحسین لقمان‌ادهم
bayraq
Səhiyyə naziri
Şəxsi məlumatlar
Doğum tarixi 1879
Doğum yeri
Vəfat tarixi 1951
Vəfat yeri
Fəaliyyəti həkim
Atası Zeynalabdin xan Loğmanüddövlə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədhüseyn xan Zeynalabdin xan oğlu 1879-cu ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini "Loğmaniyyə" məktəbində almışdı. Özü də bir müddət həmin məktəbdə coğrafiyadan dərs demişdi. Sonra atasının və digər ustadların yanında tibb elmini öyrənmişdi. Moin əl-Tibba ləqəbinə yiyələnmişdi. Məhəmmədəli mirzə şahlıq taxtına çıxdıqdan sonra Tehrana, saraya köçmüşdü. Azadxahlara divan və məclis topa tutulduqdan sonra sarayı tərk edib Fransaya yollanmışdı. 1908-ci ildə Paris universitetinin tibb fakültəsini bitirmişdi. O, tibb elmləri doktoru elmi ünvanı da almışdı. Mirzə Məhəmmədhüseyn xan İrana döndükdən sonra Əhməd şah Qacarın şəxsi həkimi olmuşdu. Şahdan atasının Loğmanəddövlə ləqəblini almışdı. 1918-ci ildə Tehranda Tibb məktəbini təsis etmişdi. Sonra bu məktəb Tibb universitetini çevrilmişdi. Mirzə Məhəmmədhüseyn xan 1916-cı ildə kiçik qardaşı Mirzə Məhəmmədhəsən xan Həkimüddövlə ilə birlikdə şahın Fransa səfərində iştirak etmişdi. Fransa səfərindən dönəndən sonra Tehran Darülfünunun tibb fakültəsinə rəhbərlik etmişdi. Sonra bu fakültə universitetdən ayrılar müstəqil universitetə dönmüşdü. Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm Tibb universitetinin ilk rektoru olmuşdu. Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm 1933-cü ildə Rza Pəhləvinin şəxsi həkimi olmuşdu. Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm 1938-ci ildə Tibb universitetinin rektoru vəzifəsində çalışırdı. Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm 1949-cu ildə rektorluqla yanaşı İran Elmlər Akademiyasının prezidenti idi. Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm 1951-ci ildə vəfat edib.