Mirzə Süleyman Mərəndi

Mirzə Süleyman MərəndiXəttat. Əl işlərinə Ordubad bölgəsinin Vənənd kənd Came məscidində rast gəlinir. Elə onun adı da hicri 1307 ildə (miladi 1890 il) məsciddə aparılmış təmir işləri zamanı özü tərəfindən rənglə gəc üzərində yazılmış kitabə vasitəsilə elm aləminə məlum olmuşdur. 19 yüzillikdə yaşamış Mirzə Süleyman həmin vaxt məsciddə aparılan rəngkarhq işlərini yerinə yetirmişdir[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 304.