Mirzə Səttar (1844, Ərdəbil – bilinmir, Bakı, Kaspi vilayəti) — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir.[1]
Mirzə Səttar | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, Qacarlar dövləti |
Vəfat tarixi | ? |
Vəfat yeri | Bakı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi alətləri | |
Əlaqələri |
Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir.[2] Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır.[3]
Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.[4]