Mirzə Sadıxov

Mirzə Sadıxov (1896 – 1970) — Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki (1958). SSRİ dövlət mükafatı laureatı.[1]

Mirzə Sadıxov
Doğum tarixi
Doğum yeri Miskinli
Vəfat tarixi
Vəfat yeri
Elmi adı
Mükafatları "Stalin" mükafatı

Mirzə Hüseyn oğlu Sadıxov 1896-cı ildə Yelizavetpol quberniyasının Miskinli kəndində kasıb ailədə anadan olub. İlk təhsilini Miskinli kəndində alan Mirzə Sadıxov 1913-cü ildən Simens qardaşlarına məxsus misəritmə zavodunda fəhlə işləyib. 1920-ci ildən 1923-cü ilədək siyasi işlərdə çalışan Mirzə Sadıxov 1923-cü ildə Bakıdakı Politexnik İnstitutuna daxil olub, 1927-ci ildə ali təhsil alıb.

O, 1970-ci ilin fevralında qəflətən vəfat etdi. Doğma yurduna, elinə, obasına qəlbən bağlı olan görkəmli alim hər il məzuniyyətini doğma kəndində — Soyuqbulaqda (keçmiş Komintern) keçirər, sadə xalq arasinda olmaqdan həzz alar, kəndlilərlə unsiyyətdən doymazdı. Sonuncu dəfə 1996-cı ildə doğma vətəni Gədəbəydə görkəmli alimin 100 illik yubileyi təntənəylə qeyd olundu. Mirzə Sadıxovun tələbələri olmuş kəndimizin professorları Müseyyib Əliyev və İsmayıl Sadıqov da etiraf edirlər ki, onların alim kimi yetişməsində Mirzə Sadıxovun böyük zəhməti olub. Soyuqbulaqdakı dəyirman və hamam onun göstərişi və yaxından köməyi ilə inşa edilib.

Öz övladlarını savadlı, respublikaya gərəkli bir vətəndaş kimi böyütmək üçün onların təhsil almasına xüsusi maraq göstərirdi. Bu da öz bəhrələrini verdi. Beş qızı və oğlu Nazim Sadıxov ali təhsil alıb, müxtəlif sahələrdə öz bacarıqlarını respublikamızın inkişaf etməsinə sərf etdilər.

Mirzə Sadıxovun yeganə oğlu Nazim Sadıxov 1946-cı ildə Gəncə şəhərində doğulub. Nazim Sadıxov orta məktəbi bitirib Kiyev İnşaat İnstitutuna daxil olub. Həmin institutun Geodeziya fakültəsini bitirdi. 1968-ci ildə atasının yaxın dostu, Gəncə Pedaqoji İnstitutunun kafedra müdiri, proffesor İsmayıl Hüseynovun qızı Aypara xanımla ailə qurdu. 1979-cu ildən Baki İnşaat texnikumunda geodeziyadan dərs deməyə başladı və ömrünün sonuna 2001-ci ilədək bu sahədə çalışdı. Üç övladı vardır, Lamiyə, Ləman və Mirzə. Oğlu Mirzə babasının adını daşıyır. Nəticəsi Aypara, Mirzə babası kimi biologiya elmi sahəsində, Baki Dövlət Universitetində təhsil alır.

Böyük qızı Səriyyə 1923-cü ildə Miskinlidə anadan olub. 1940-cı ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib. 1942-ci ildə AZİ-nin neft sənayesi fakültəsinə daxil olub . Sara xanım uzun illər Dövlət Plan Komitəsində Baş mühəndis və baş mütəxəssis işləyib. 1996-cı ildə vəfat edib. Mirzə Sadıxovun nəvəsi, Səriyyə xanımın oğlu Cavanşir Cəfərov respublikamızın Opera və Balet teatrının baş dirijorudur və xalq artistidir.

Şura Sadıxova da bacısı kimi Azərbaycan Neft Kimya İnstitutunu bitirib. İnstitutu 1948-ci ildə bitirdikdən sonra Kənd Təsərrüfatı İnstitutunda çalışıb .1960-cı ildə Bakıya gələrək Kənd Təsərrüfatı Nazirliyi Texniki təchizat idarəsinin baş mühəndisi işləyib.1994-cü ildə dünyasını dəyişib.

1929-cu ildə Bakıda anadab olan Leyla xanım 134 saylı orta məktəbi bitirərək Moskvadakı Geoloji Kəşfiyyat İnstitutuna daxil olub və oranı 1958-ci ildə uğurla başa vurub. Sonra Azərbaycana gələrək Geologiya idarəsində baş geoloq, baş mühəndis vəzifələrində çalışıb. 1985-ci ildən təqauddədir.

1934-cü ildə Bakıda anadan olan Sadıxova Fəridə, şəhərdəki 134 saylı orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Moskvadakı Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinə daxil oldu, 1958-ci ildə Akademiyanı bitirdikdən sonra, Leninqrad Bitkiləri Müdəfiə İnstitutunda aspiranturaya qəbul olur və orada 1965-ci ildə kənd təsərrüfatı elmləri namizədi diplomuna yiyələnib, alim kimi şöhrət qazanıb.

Vəkilova Məhparə Mirzə qızı isə bacılarından fərqli olaraq musiqi sahəsində çalışıb. O, 1943-cü ildə Gədəbəy rayonunda anadan olub. Musiqi təhsilini Bakı Şəhərində almışdır. 1953–1959-cu illərdə 2 saylı musiqi maktəbində, 1964–68-ci illərdə Üzeyir Hacibəyov adına Dövlət Konservatoriyasının xor dirijoru fakültəsində təhsil alıb. Hələ tələbə ikən iş fəaliyyətinə başlayaraq 1966–1968-ci illərdə Dövlət Xor kapellasının artisti olub. 1968–1972-ci illərdə musiqi texnikumunda xor və musiqi nəzəriyyəsi fənlərindən dərs deyib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında xormeyster ,1978-ci ildən 2013-cü, yəni vəfat etdiyi ilə gədər uşaq filarmoniyası və musiqi məktəbində xor, vokal və nəzəriyyə fənləri uzrə pedaqoq kimi çalışıb.

1927-ci ildən "Kəndli qazeti"nin məsul katibi, sonra isə "Yeni Həyat" jurnalının şöbə müdiri təyin olunub. 1939-cu ildə Ağdaş şəhərində məktəb direktoru təyin olunub. 1930-cu ildən isə Xanlar şəhərində oz pedaqoji fəaliyyətini davam etdirmiş və həmin vaxtdan elmi axtarışlara başlamışmışdır. 1932-ci ildən kənd təsərrüfatı ilə bağlı müəssisələrdə rəhbər vəzifələri icra etməklə yanaşı, Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri və digər vəzifələrdə çalışıb . 50-dən artiq elmi məqalənin, bir sıra publistik yazıların müəllifidir. Onun "Xatirələrim" başlığı ilə qələmə aldığı 209 səhifəlik qeydləri bütöv bir əsərdir.

1941-ci ildə — İkinci Dünya Müharibəsi başlayanda cəbhəyə könüllu yola düşmuş və 1944-cü ildə yaş məhdudiyyətinə görə ordudan tərxis olunmuşdur.

Mirzə Sadıxov müharibədən qayıtdıqdan sonra yenidən öz sənətinin dalınca getmiş və böyük uğurlar qazanmışdır. 1953-cü ildə ona kənd təsərrüfatı elmləri doktoru, proffessor adı verilmişdir.

Alimin ən böyük nailiyyatlarindən biri də "Azərbaycan Dağ Merinosu" qoyun cinsinin yetişdirilməsində olub. Bu gərgin əməyinin nəticəsində bir qrup alimlə bir yerdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb.

Bu mükafatı rayonumuzda ilk dəfə Mirzə Sadıxov almışdır. Mirzə Sadıxovun yetişdirdiyi "Yeddi illik buğda" sortu da alimin şöhrətini artırmışdır. Mirzə Sadıqov 1955-ci ildən 1957-ci ilədək Mahaçqalada Kənd Təsərrüfatı İnstitutunda heyvandarlıq kafedrasına başçılıq etmiş və iki ildən sonra yenidən vətənə qayıdıb. Kirovabad(indiki Gəncə) şəhərində Elmi tədqiqat İnstitutunda, eyni zamanda Zərdabi adına Pedaqoji İnstitutda fəaliyyətini davam etdirib.

Dağistanda işlədiyi müddətdə Muxtar Respublikasının Ali Soveti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafındakı zəhməti də dəfələrlə Respublika Ali Soveti tərəfindən fəxri fərmanlarla təltif olunmuş, Qırmızı Əmək Bayrağı ordeni də görkəmli alimə təqdim edilmişdir.

1958-ci ildə Mirzə Sadıxova Akademik adı verilmişdir.

Mirzə Sadıxov türk, rus, fars, ərəb dillərini mukəmməl bilirdi.

Mirzə Sadıxovun elmi əsərləri ilə yanaşı, Nəriman Nərimanov və Gədəbəy mis mədənləri barədə yazdığı məqalələr, eyni zamanda 200 səhifəlik memuarı o dövrün tarixini araşdıranlar üçün son dərəcə əhəmiyyətlidir.

Onun xatirələri bir neçə dəfə respublika mətbuatında dərc olub. Mirzə Sadıxov tez-tez belə ifadə işlədirdi:

"Dəyərsiz elmi əsərlər yazıb alim adı alan onlarla elmi işçinin mənfəətindən, bir inəyin südü yaxşıdır."

  1. "Бакинцы — Лауреаты Сталинской премии". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://photo.rgakfd.ru/showSubObjects.do?object=1804445694
  2. http://azerbaijan.az/_Districts/_districts_a.html Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine