Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki .
Mirzə Xudadat bəy Məhəmmədhəsən bəy oğlu Vəkilov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | hərbi qulluqçu |
Polkovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə (1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) və 1862-ci ildə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordeni [1].
Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. Qafqaz Əlahiddə Ordusunda şərq dilləri üzrə mütərcim-tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçubaşovun isə dayısıdır.