Mirzə Xudaverdi Kərbəlayı Qurban oğlu Zərgər — Talış xanlığının baş vəziri.
Mirzə Xudaverdi Zərgər | |
---|---|
Mirzə Xudaverdi Kərbəlayı Qurban oğlu Zərgər | |
Doğum tarixi | |
Doğum yeri | Qızılabad |
Vəfat yeri | Butasər |
Mirzə Xudaverdi Zərgər Zərgər oymağındandır. Atası Qarabağdan, Zərgər obasından Talış vilayətinə köçmüşdü. Mirzə Xudaverdi 1775-ci ildə Dəştivənd mahalının Qızılavar kəndində doğulmuşdu. Gilan əyalətinin Kəskər kəndində təhsil almışdı. Sonra İsfahan şəhərinə yollanmış, ali savada yiyələnmişdi. Təhsilini tamamladıqdan sonra yaşadıqları Astara mahalının Butasər kəndinə dönmüşdü. Talış hakimi Mir Mustafa xan (1787—1814) onu divanxanasına dəvət etmişdi. Öncə divanxana katibi, münşi, sonra baş vəzir olmuşdu.
Mirzə Xudaverdi Mir Mustafa xanın vəfatından sonra Mir Həsən xanın (1814-1825) divanxanasında baş vəzir vəzifəsində çalışmışdı.
Mirzə Xudaverdinin Mirzə Əhməd Zərgər, Cəfərqulu, İbrahim adlı oğulları vardı.