Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ekoturizmə bir çox ölkələr təbiəti mühafizə proqramlarının maliyyələşdirilməsi, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, əhalinin vəhşi təbiəti qoruyub saxlamaq istəyinin artırılması vasitəsi kimi baxır. Afrikada Dəniz turizminin əsas mərkəzləri Qırmızı dəniz sahilində, Misir, İordaniya və İsrail ərazisində yerləşir. Burada mərcanların 100-ə yaxın, balıqların isə 1000-ə yaxın növləri vardır. Afrika ölkələrindən turizm yalnız şimalda, Misirdə inkişaf etdirilir. Misirdə Şarm-əl- Şeyx və yaxınlıqda yerləşən Naama buxtası Qırmızı dənizin sualtı aləminin əsas öyrənilmə mərkəzləridir. Şarm-əl- Şeyxdən cənubdasahəsi 110 km2
olan və kiçik buxtalar, qumlu dyunlar və dənizsahili ərazilər labirinti olan Ras-Məhəmməd Milli Parkı yerləşir.
Şarm əl şeyx Qırmızı dənizə uzanan Sina yarımadasının tam cənub hissəsində yerləşir. Qırmızı dənizin sahilində yerləşən Misirin dünyaca məşhur tətil ərazisi, qızıl rəngində qumlu çimərlikləri , Kristal təmizliyində dəniz sualrı , zəngin sualtı yaşamı və mərcan rifləriylə təbiətin göz önünə sərdiyi gözoxşayan bir təbiət ."City of Peace" yəni sülh şəhəri kimi də tanınan Şarm-əl- Şeyxdə həyat turizm üzərində qurulub . Günəşin 12 ay ərzində öz şüalarını əskik etmədiyi Şarm-əl-Şeyx , dəniz , günəş və qum üçlüyünü sevən turistlər üçün tam bir cənnətdir . Lacivərt rəngli qırmızı dənizin bütün gözəlliklərini özündə əks etdirən bənövşəyi dağlar arasında qurulmuş bu tətil bölgəsində qış ayalrında belə çimərlikdən istifadə etmək mümkündür. Dörd fəslin dördündə də iqlimin tətil üçün əlverişli olması , dəniz suyunun temperaturunun 20 dərəcədən aşağı düşməməsi və Avropa ölkələrinə olan yaxınlığı səbəbi ilə son illərdə ulduzu parlayan tətil bölgəsidir . Dənizin gözəlliyi , özünəməxsus görünüşü səbəbi ilə bir cazibə mərkəzinə çevrilmişdir . Ərəbcəyə Şeyxin kəndi kimi tərcümə edilən Şarm-əl- Şeyx Misir turizm gəlirləri arasında ən önəmli yerə malikdir . 80-ci illərə qədər kiçik balıqçı qəsəbəsi olan bu kənd , turizm yatırımları edildikdən sonra sürətlə dəyişiklik keçirdi . 1980-ci illərdən başlayaraq bir birinin ardınca açılan luks otellər , kazinolar , restoranlar , çimərliklər ilə güclü turizm bölgəsinə çevrilən Şarm-əl-Şeyx tarix , turizm , Sənaye və təbiiliyi birləşdirən fərqli özəllikləri ilə Sina tarixinin ən böyük şəhəri sayılır.
200dən artıq mərcan növü , minnən çox dənizaltı yaşam zənginliyi ilə dalğıcların xəyallarında təsəvvür etdikləri yerdir . Tiran adası yaxınlığındakı Jackson , Gordon və Rass Rob mərcan rifləri ən məşhur dalış nöqtələridir . SS Thistlegorm (1941-ci ildə batan ingilis gəmisi) dərin dalğıclar üçün çox tanınan bir addır , Bu batan gəmi Misirə Piramidalardan daha çox glir gətirir. Naama-nın qərbində yerləşən Ras Um Sid isə şnorkerlə üzənlərin ən sevimli yeridir , mərcan adaları olmaqla su altının gözəllikləri göz oxşayır .
Misirdə yeni krallıq dövründən əvvəl Amon rahibləri olduqca güclü idilər , bu məbəd Rahiblərin teb kəndinin 3 Tanrısının ən böyüyü olan Amon adına inşa etdirdiyi məbəd dövrünə görə dünyanın ən böyük dini mərkəzlərindən biri olmuşdur . Məbədin divarında bu dövrdə baş verən müharibələr və sülh barışıqları yazılıb.
Nil çayı üzərində yerləşir , tanrı Osirisin şərəfinə tikilmişdir . Məbədin girişində 25 metr hündürlüyündə bir qranit daş yerləşir və üzərində 2-ci Ramzesin Hititləri necə məğlub etdiyinə dair şəkillər təsvir edilmişdir . bu məbəd də Misirn ən çox turist cəlb edən yerlərindən biridir .
Bu məbəd də Nil çayı üzərində yerləşir 2-ci Ramzesin atası 1-ci Seti tərəfindən öz şərəfinə inşa etdirmişdir , burada qədim Misir fironlarının məzarı yerləşir .