Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü
Aleksandr Yakovleviç Çerpakov | |
---|---|
Təxəllüsü | Mithas Turan |
Doğum tarixi | 21 iyun 1929 |
Doğum yeri | Murza ulusu, Askiz rayonu, Xakasiya |
Vəfat tarixi | |
Vəfat yeri | Abakan, Xakasiya |
Milliyyəti | xakas türkü |
Təhsili | Abakan Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı, dramaturq, jurnalist |
Fəaliyyət illəri | 1957-1992 |
Əsərlərinin dili | Xakas dili |
Janrlar | hekayə, povest[d], dram |
Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir.[1] Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir.
6 may 1992-ci ildə Abakanda vəfat etmişdir.
Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir. Mithas Turanın ilk bədii toplusu 1972-ci ildə "Sayalbaan sürmester" adı ilə yayınlanmışdır, 1984-cü ildə isə onun ikinci hekayələr toplusu olan "Həyat yollarında" ("Çurtas çollarınca") kitabı nəşr olunmuşdur. Yazıçının hekayələrinin əsas mövzuları insanın daxili-mənəvi dünyası, xakas xalqının adət-ənənələri, qadınların taleyi ilə bağlıdır. Mithas Turanın əsas əsərlərindən biri də İkinci Dünya savaşı illərində arxa cəbhədə işləyənlərin həyatından bəhs edən "Kamat" dramıdır. Əsər 1980-ci illərdə rejissor V. İ. İvandayev tərəfindən Xakasiya Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Yazıçının "Budaqlı qovaq" ("Пай тирек") povesti də xakas oxucuları arasında şöhrət tapmışdır.