Mitralyoz

Bir qol vasitəsilə atəşlənirdi və mexaniki olaraq silahın üstündəki silah xəzinəsindən doldurulurdu.
Mitralyoz arxa atəş qoluyla görünür.
1895 Gatling.

Mitralyoz (Fransızca: mitrailleuse), Fransızcada çoxlüləli silah mənasındadır. Fransızların düzəltmiş olduğu çoxlüləli mərmi atan toplara verilmiş olan bir addır. Fransızlar, xüsusilə bu silah ilə diqqət çəkdikləri üçün bu ad başqa ölkələrdə də istifadə edilmişdir. Fransızların çoxlüləli silahının fərqi, silahın arxasında fırladıla bilən bir qol ilə atəşin nəzarət altında saxlanılması idi. Hal-hazırda müasir fransızcada tam avtomatik pulemyot mənasında istifadə edilir. Buna oxşar silahlar Osmanlı İmperiyası tərəfindən ən azı 200 il əvvəl istifadə edilmişdir. Lakin onların fərqi fırlatma qolunun olmamasında idi.