Mitrofan Polikarpov

Yepiskop Mitrafon (dünyəvi adı Nikolay İvanoviç Polikarpov; 1 aprel 18719 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Bakı və Xəzəryanı Rus Pravoslav kilsəsinin yepiskopu.

Mitrofan
Nikolay İvanoviç Polikarpov
Doğum tarixi 1 aprel 1871(1871-04-01)
Vəfat tarixi 9 dekabr 1934(1934-12-09) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı Vladimir
Milliyyəti Rus
Təhsili
  • Kiyev İlahiyyat Akademiyası[d]
Fəaliyyəti Bakı Rus Pravoslav Kilsəsinin yepiskopu
Fəaliyyət illəri 1931 — fevral 1933

Mitrofan (Polikarpov) 1871-ci ildə ruhani ailəsində anadan olmuşdur. O, 1885-ci ildə Voronejdə dini məktəbi, 1891-ci ildə Voroney dini seminariyasını bitirmişdir. Daha sonra o, dini məktəbin hazırlıq sinfində müəllim kimi fəaliyyətə başlamışdır. 1895-ci ilin avqustunda onu Voronej seminariyasına nəzarətçi vəzifəsinə təyin etmişlər. 1900-cü ildə seminariyanı tərk edən Mitrofan Polikarpov yeparxiya məktəb şurasının üzvü-katibi olmuşdur.

Özünü istedadlı tədqiqatçı və tarixçi kimi göstərən Mitrofan (Polikarpov) bütün həyatını ilk Vorohej yepiskopu olan Müqəddəs Mitrofanın həyat və fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur.

1915-ci idə oğlu, praporşik Vladimir Polikarpov cəbhədə həlak olmuşdur.

16 mart 1922-ci ildə "özünün və vəfat etmiş valideynlərinin və uşaqlarının bağışlanması məqsədilə Kiyev-Peçersk lavrasında onun üçün doğma olan Mitrofan adını qəbul edərək rahiblik həyatına qədəm qoymuşdur. Kiyev-Peçersk lavrasında dini xidmətlə yanaşı, eyni zamanda Ümumukrayna Emlər Akademiyasının elmi əməkdaşı olmuşdur.

Kiyev-Peçersk lavrası

1915-ci və ya 1916-cı ildə o, Kiyevdə dini Akademiyaya daxil olmuş və 1919-cu ildə həmin Akademiyanı ilahiyyətçi ixtisası üzrə bitirmişdir. Lakin Mitrofan dərhal Voronejə qayıda bilməmiş və müxtəlif işlərdə çalışmaq zərurətində qalmışdır.

16 mart 1922-ci ildə "özünün və vəfat etmiş valideynlərinin və uşaqlarının bağışlanması məqsədilə Kiyev-Peçersk lavrasında onun üçün doğma olan Mitrofan adını qəbul edərək rahiblik həyatına qədəm qoymuşdur. Nikolay İvanoviç Polikarpov Kiyev-Peçersk lavrasında dini xidmətlə yanaşı, eyni zamanda Ümumukrayna Emlər Akademiyasının elmi əməkdaşı olmuşdur.

22 mart 1924-cü ildə Mitrofan Mitrofan həbs edilmişdir. Dindirilmə prosesi formal xarakteri daşımışdır, o, özünü günahkar bilməmişdir. O, Samara vilayətinə Buqulmaya sürgün olunmuşdur.

20 yanvar 1925-ci ildə Mitrofan (Polikarpov) Buqulma yepiskopu təyin edilmiş və bir müddət müvəqqəti olaraq Kazan yeparxiyasını da idarə etmişdir.

1925-ci ilin noyabrında o yenidən həbs edilmişdir. Onu Butıka həbsxanasına göndərsələr də, bir qədər sonra onun dilindən Moskvanı tərk etməyəcəyi barədə iltizam almaqla müvəqqəti olaraq azadlığa buraxmışlar. Məhkəmənin 19 iyun 1925-ci il tarixli qətnaməsinə əsasən o, üç il müddətinə Orenburq vilayətinə sürgün olunmuşdur.

1931-ci ildə Mitrofan (Polikarpov) Bakı və Xəzəryanı Rus Pravoslav kilsəsinin yepiskopu təyin edilməsi ilə əlaqədar Bakıya gəlmişdir.

16 dekabr 1934-cü ildə o vəfat etmiş və Bakıda Çəmbərəkənd qəbrstanlığında dəfn olunmuşdur[1].

  • Иером. Митрофан (Шкурин). Бутурлиновское викариатство // Православная энциклопедия. — М. : Церковно-научный центр «Православная энциклопедия», 2003. — Т. VI : «Бондаренко — Варфоломей Эдесский». — С. 398. — 752 с. — 39 000 экз. — ISBN 5-89572-010-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. [1] Arxivləşdirilib 2021-07-23 at the Wayback Machine Митрофан (Поликарпов Николай Иванович)