Mixail Naqibin prospekti — Rostov-na-Donu ərazisində yerləşən küçə. İnzibati cəhətdən ərazisin böyük hissəsi Voroşilov rayonu ərazisində yerləşir. Bəzi hissələr isə Oktyabrski və Kirovski rayonları ərazisinə düşür. Tekuçev küçəsindən başlayaraq Nərimanov küçəsi ilə kəsişdikdən sonra Pliyeva küçəsi və Olxovski xiyabanına keçir. Qaqarin meydanından başlayaraq cənubdan şimala, Lelin meydanından isə şimal-şərqə istiqamətlənir. Prospektin uzunluğu 6 km-dur
1967-ci ilə qədər Şimal prispekti olaraq adlandırılırdı. Sonradan Oktyabrski prospekti olaraq adlandırılır. 2000-ci ildə ildə Mixail Naqibin prospekti adını alır.
XX əsrin 40-cı illərinin sonlarından 50-ci illərinin əvvəllərindən Rostov-na-Donu şimal istiqamətində inkişaf etməyə başlamışdır. 50-ci illərin əvvəllərində buradan tramvay xətti çəkilmişdir. Bir müddət sonra isə burada trolleybus meydana gəlmişdir.
Mixail Naqibin prospekti Rostov-na-Donu şəhərinin Şimal yaşayış massivi üçün olduqca əhəmiyyətlidir. Buraya çoxlu sayda sərnişin maşrutları hərəkət edir. Bunlardan 22, 33, 42, 45, 46, 47, 49, 65, 77, 78, 83, 90, 99 saylı avtobus, və 6 saylı trolleybus maşrutları hərəkət edir.