Mixail Aleksandroviç Talkovski (d. 22 mart 1885 — ö. 1924, Bakı, Sovet İttifaqı) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin Libka tatarı əsilli hərbi qulluqçusu, sərhəd qüvvələrinin rotmistri. 1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyinin Sərhəd Mühafizə İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir.[1]
Mixail Aleksandroviç (İsgəndəroviç) Talkovski | |
---|---|
Rusca:Михаил (Михаль) Александрович (Искендерович) Тальковский | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya İmperiyası |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Sovet Sosialist Respublikası |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası |
Milliyyəti | Lipka tatarı |
Atası | Aleksandr (isgəndər) Osmanoviç Talkovski |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu |
Xidmət illəri | 1902-1920 |
Rütbəsi | Rotmistr |
Vəzifəsi | Sərhəd Mühafizə İdarəsinin rəisi |
Döyüşlər | Birinci Dünya müharibəsi |
1885-ci ilin 22 martında müsəlman Litva tatarı olan zadəgan ailəsində dünyaya gəlmişdir. 1902-ci ildə ilk kadek korpusu məktəbini bitirmişdir. 22 aprel 1905-ci ildə II dərəcəli Pavlovski Hərbi Məktəbini bitirmiş, podporuçik rütbəsini alaraq 262-ci Salyan Piyada Alayında xidmət etməyə başlamışdır. 1909-cu ilin 19 avqustunda kornet rütbəsi almış və XVI Sandomierz Sərhəd Briqdasında xidmət etməyə başlamışdır. 1912-ci ildə bu briqadanın I bölməsinin Budzi bölməsinin komandanı olmuşdur. Həmçinin, eyni ildə ştabs-rotmistr rütbəsinə yüksəlməyi bacarmışdır.
117-ci Yaroslavl Piyada Alayınnı hərbçisi kimi Birinci Dünya müharibəsində iştirak etmişdir. 1915-ci ilin 15 mayında yaralanmış və 1916-cı ildə XVI Sandomierz Sərhəd Süvari Alayında ştabs-rotmistr rütbəsində xidmət etmişdir.
Birinci Dünya müharibəsinin bitməsindən sonra başqa bir neçə Lipka tatarı ilə birlikdə Azərbaycanda xidmət etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyinin Sərhəd Mühafizə Alayında rotmistr rütbəsində xidmət etmişdir. O, həmçinin Sərhəd Mühafizə Alayının rəhbəri kimi çalışmışdır.
Mixail Talkovskinin Azərbaycana Süleyman bəy Sulkeviçlə birlikdə gəldiyi güman edilir. Əvvəlcə Krımda birlikdə xidmət etmiş, oradakı dövlət işğal edildikdən sonra Azərbaycana gəlmişdirlər. Süleyman bəy həmçinin, Talkovskinin qohumu idi. Məşhur Lipka tatarı nəslindən olan Talkovskinin anası Yelizaveta Stepanovna Talkovskaya Süleyman bəyin qohumu idi.[2]
1924-cü ildə 39 yaşında olarkən Bakı şəhərində vəfat etmişdir.