Mixay Eminesku (15 yanvar 1850[1][2][…] – 15 iyun 1889[1][3], Buxarest, Rumıniya Krallığı) - rumınyali şair, nasir və jurnalist.
Mixay Eminesku | |
---|---|
rum. Mihai Eminescu mold. Михай Эминеску | |
Doğum adı | Михай Эмин |
Doğum tarixi | |
Doğum yeri | Rumıniya, Botoşani |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Buxarest |
Milliyyəti | rumın |
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist. |
Fəaliyyət illəri | 1866-cı ildən |
Əsərlərinin dili | Rumın dili |
İstiqamət | romantizm |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Mixay Eminesku (əsl soyadı – Eminoviç) 15 yanvar, 1850-ci ildə, Rumıniynın Botoşani şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Mixay uşaqlığının erkən illərini doğulduğu Botoşani və İpoteşti şəhərində, atasının ailəsinə məxsus evdə keçirib. 1858-ci ildən 1866-cı ilə qədər o, Çernivçidə orta məktəbdə oxuyub, son illərdə isə təhsilini davam etdirməkçün gimnaziyaya gedib. Gimnaziyadakı təhsilini başa çatdırmayıb, 1869-cu ildə, 19 yaşında Mixay atasının qərarı ilə ali təhsil almaq üçün Vyana Universitetinə göndərilib.
Mixayın atası çox uşaq sahibi olduğuna baxmayaraq o, bütün övladlarının ali təhsil alması üçün əlindən gələni edir, maddi sıxıntıya baxmayaraq onlara bu yolda hər zaman dəstək olurdu. Mixay isə yüksək qiymət almaqda həmişə qardaşlarından geri qalırdı. Lakin onun sevdiyi elm sahəsi vardı – dil və ədəbiyyat fənni. Ona rumın dilini və ədəbiyyatı sevdirən isə sevimli müəllimi, 1848-ci ilin inqilab iştirakçısı, filoloq Aron Pumnul olub. Aron Pumnul tək Mixayda deyil, gimnaziyada dərs dediyi bütün tələbələrində rumın dilinə sevgi və bununla birlikdə onlarda güclü vətənpərvərlik hissi yaratmışdı. Məhz bunun nəticəsi idi ki, Mixayın ilkin poetik yaradıcılğında vətənpərvərlik ruhunda yazılmış şeirlərə tez-tez rast gəlmək mümkündür.
Mixayın əddəbiyyata ilk addımları 1866-cı ilə təsadüf edir. Həmin il onun sevimli müəllimi Aron Pumnul vəfat etmişdi. Müəllimin xatirəsinə ithaf olaraq onun gimnaziyadakı tələbələri “Gimnaziya tələbələrinin gözyaşları” adlı bir broşüra dərc etdirirlər. Bu broşürada 16 yaşlı Mixayın ilk dəfə olaraq şeiri “M.Eminoviç” imzası ilə çap edilir. 1872-ci ilin payızından 1874-cü ilə qədər Eminesku Berlində məskunlaşıb, orada yaşayır. Gənc şair Berlin Universitetində çoxsaylı muhazirələrin iştirakçısı olur. O dövrə şairin “İmperator və proletarlar” və “Mələk və İblis” adlı poemaları aiddir. Paris kommunası şairin ətrafda baş verənlərə poetik baxışına güclü təsir edib.
1874-cü ilin sentyabrında əməkhaqqı axtarışında Eminesku Yassıya köçür. Burada o, “Kelin” adlı poemasını yekunlaşdırır. Yassıda şair gimnaziya müəllimi, kitabxanaçı, məktəb inspektoru vəzifələrində işləyib. 1877-ci ildə, o, “Timpul” qəzetindən təklif aldıqdan sonra o, Buxarestə köçür. Həmişəki kimi şeirlərindən qonorar almadığına görə şair mütəmadi olaraq səylə işləməli olur. Bu illər ərzində Eminesku sosial-fəlsəfi xarakter daşıyan “Məktub”u yazır və üzərində 8 ildən çox işlədiyi ən böyük əsərini – “Gecə Ulduzu” adlı poemasını bitirir.
Fasiləz işləmək, xroniki kasıblıq, daima sabaha ümidsizlik və ruhən məmnunsuzluq şairi depressiyaya gətirib çıxarır... Və 1883-cü il, iyun ayında şair psixi xəstəlik tapır. Müalicələrin müsbət təsirinə baxmayaraq, bu xəstəlik onu ömrünün sonuna qədər qovub-aparır...
Elə həmin ildə də onun sağlığında dərc olunan yeganə kitab – şeir kitabı işıq üzü görür. Eminesku imzası dərhal ədəbiyyatda öz yerini tutur. Lakin o vaxt şair üçün bu şöhrət artıq əhəmiyyətli deyildi. O, öz uğuruna etinasız yanaşırdı. Ağır xəstəlik şairdən əl çəkmir, məvacibi isə yalnız sağ qalmaq üçün ərzaq puluna çatırdı. Bununla belə Eminesku işləmək məcburiyyətində qalırdı.
1889-cu il, 15 iyunda Mixay Eminesku Buxarestdəki psixi xəstəxanaların birində dəfələrlə tutduğu pristublarının sonuncusunu yaşayır və vəfat edir...
1902-ci il, yanvarın 25-də keçirilən iclasda, şairin 46 cilddən və 14.000 səhifədən ibarət əlyazmaları ədəbi tənqidçi Titu Maioresku tərəfindən Rumıniya Akademiyasına bağışlanılır.