Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri.
Pir Miyan Mir | |
---|---|
Doğum tarixi | 11 avqust 1550 |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 1635 (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | sufi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir.
Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub.
Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır. O, hər hansı dinə qarşı düşmənçilik hissləri bəsləmirdi və quru Nanaka qarşı məhəbbəti var idi. O quru Arcun Devlə görüşmək üçün Amritsar üçün tez-tez səyahət edirdi. Pir Miyan Mir bir çox siqh mətnlərini gözəl bilirdi.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |