Mnasakanovanın binası

C. N. Mnasakanovun binası - Rostov-na-Donu şəhərinin ərazisində, Kuşkinskaya küçəsi, ev 65 ünvanında yerləşən bina. Bina 1911-1915-ci illərdə modern stilində inşa edilmişdir. Rəsmi sənədlətə görə bina Sepuq Nikoxosyanova Mnasakanovaya mənsub olmuşdur. Məlumata görə burafa Nessarın texniki kontoru yerləşirdi. Hazırda binanın birinci mərtəbəsində ticarət obyektləri yerləşir. İkinci və üçüncü mərtəbələrdə isə yaşayış mənzilləri qərarlaşır. Binada yerləşən kintirların böyük qismi Kurinov Aleksadr Qennadeviçə məxsusdur. Mnasakanovanın binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

C. N. Mnasakanovanın binası
rus. Доходный дом С.Н. Мнацаканова
Xəritə
47°13′21″ şm. e. 39°43′05″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1915
Memar S.V. Popilin
Memarlıq quruluşu Modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Puşkinskaya küçəsində, Budyonnovski prospekti və Sobornaya xiyabanı arasındakı ərazidə 1911-15-ci illər ərzində arxitektor E. Qulin və S. Polipinin layihəsi ərazidə inşa edilmişdir. Polipin şəhər dumasının deputatı (1903-1913), tikinti üzrə komisiyanın üzvü, şəhərin texniki və telefon komisiyasında iştirak etmiş bir şəxs olmuşdur. Bu binanın tikintisindən iki il sonra Semen Vasileviç Polipin Bostriklərin binasını inşa etmişdir. Bir-birinə bənzərliyi ilə seçilən binada Puşkinskaya küçəsində yerləşir. İnqilaba qədər ki, dönəmdə binanın ünvanı Puşkinskaya küçəsi, ev 81 olataü keçərli idi. 1911-ci ildə bina inşa edilərkən ona çəkiləcək xərcin həcminin 3 700 rubl olması planlaşdırılırdı. 1915-ci ildə isə binanın ümumi xərcinin 25 100 rubl olması müəyyənləşmişdi. Binanın sahibəsi köhə Rostovun elit təbəqələri arasında məşhur idi. 1917-ci ildən sonra bina milliləşdirilmişdi. Onun mənzilləri isə insanlara verilmişdi. İllərdə bina köhnəlir və əvvəlki görünüşünü itirirdi. Bina üzərində müəyyən işləmələr həyata keçirilir. 1990-cı illərdə binanın kontirlara aid hissəsinə Ristovlu sahibkar Aleksadr Qennadeviç yiyələnir. 1998 - 2002 illər ərzində bina rekanstruksiya olunur.

Üç mərtəbədən ibarət olan bina, Puşkinskaya küçəsinin qırmızı xətti boyunca uzanır. Bina U şəkilli formada inşa edilmişdir. Bina modern üslubdadır.

  1. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.