Bu məqaləni vikiləşdirmək lazımdır. |
`Mnemonik (sxem) (ing. mnemonic, ru. мнемоническая схема) — mürəkkəb və ya uzun sözlər yığınının yadda saxlanılmasını asanlaşdırmaq üçün istifadə olunan söz, qafiyə və ya başqa obraz. Mnemonik vasitələr hesablama texnikasında geniş istifadə olunur. Məsələn, proqramlaşdırma dilləri (maşın dilləri yox) simvolik dillər kimi tanınır, çünki onlarda deyimlər və əməlləri göstərmək üçün qısa mnemonik sözlərdən istifadə olunur: "ADD" (addition), "def " (define). Eyni yolla yığılan komandalara əsaslanan əməliyyat sistemlərində və tətbiqi proqramlarda komandaları göstərmək üçün mnemonikadan istifadə olunur. Məsələn, MS-DOS əməliyyat sistemində kataloqun faylarının siyahısına baxmaq üçün "dir" (directory) sözü işlədilir.