Mo dağı

Mo dağı (çin. ənən. 磨山, pinyin: Mò Shān; xalq arasında "Dəyirman daşı dağı") (Mo təpəsi, Moşan kimi də tələffüz oluna bilər) — Tarix boyunca Mo'er dağı (çin. ənən. 磨儿山) və Lonq dağı (çin. ənən. 龙山) adı ilə tanınmış, Şərq gölünün cənub sahillərində yerləşən tarixi və mədəni əhəmiyyətə malik dağ.[1] Dağ Çinin Hubey əyalətinin Vuan regionunun Honşan rayonunun AAAAA Çin Turist Atraksiyonları ərazisində yerləşir.[2]

Mo dağı
çin. 磨山
Yerləşməsi
30°33′04″ şm. e. 114°25′04″ ş. u.
Ölkə  ÇXR
Region
Vilayət
Mo dağı xəritədə
Mo dağı
Mo dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mo dağı birləşməsindəki Mo hissəciyi tərcümədə dəyirman daşı mənasına gəlir. Dəyirman daşı kimi yumru olduğuna görə dağ bu cür adlandırılmışdır.[2]

Bir neçə yüz il əvvəl Lonq dağı kimi də tanınan Mo dağı Faua məbədinin ərazisində yerləşirdi. Məbəddə bir neçə yüz rahib çalışırdı. Ağcaqanadlar vasitəsilə insanlara keçən xəstəliklər və epidemiyalar yayıldıqdan sonra məbəd tamamilə tərk edilmişdir.[3]

1954-cü ilin yazında Zu De Mo dağına səfər gerçəkləşdirmişdir. Səfər ərəfəsində general və siyasətçi olan De burada üzərində "东湖暂让西湖好,今后将比西湖强" sözləri yazılmış kitabə inşa etdirməyi əmr etmişdir. Kitabə üzərinə "Şərq gölü Qərb gölü qədər yaxşı olmaya bilər, lakin bu, Qərb gölündən daha güclü olacaq" kimi tərcümə olunan ifadə həkk olunmuşdur.[2]

22 iyun 1999-cu il saat 19:35-də Mo dağında yerləşən yeddi yüzə yaxın ağac külək nəticəsində Şərq gölünə yuvarlanmışdır. Bu hadisə hələ də müəmmalı və paranormal hadisə olaraq qalır. Ehtimal var ki, bu hadisə uçan naməlum obyektlərin fəaliyyəti nəticəsində baş vermişdir.[4][5]

2004-cü ildə Moşan Yaşayış Massivi (磨山社区) Quanşan rayonundan Şərq gölü mənzərəli ərazi rayonuna köçürülmüşdür.[6][7]

Mənzərəli ərazi

[redaktə | mənbəni redaktə et]

Mo dağı ən gözək təbiət mənzərəli ərazilərdən hesab olunur. Yinçu mədəniyyətini özündə əks etdirən Çu şəhəri (楚城) yaşayış kompleksi də bu ərazidə yerləşir. Çu şəhəri kompleksi Yin şəhərinin memarlıq üslubunda inşa edilmişdir. Kompleksin şəhər qapısı 23.4 metr hündürlüyə və 105 metr uzunluğa malikdir. Keşikçi qülləsi 12.4 metr hündürlüyündədir və şəhər qapısından 11 metr alçaqdır.[2]

Mo dağı ərazisinə Şərq gölü Albalı çiçəyi parkı və 1992-ci ildən Çin Alça çiçəkləri Araşdırmalar Mərkəzinin əsas binasının yerləşdiyi ərazi kimi məşhurlaşan Alça çiçəyi parkı daxildir.[2]

  1. "国家5A级景区查询". 中华人民共和国中央人民政府. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  2. 1 2 3 4 5 陈增涛. "磨山". 价值中国网. 28 August 2006. 3 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2018.
  3. 东湖史话 page 97
  4. 东湖磨山倒树之谜 今日湖北 Hubei Today Monthly September 1999 page 10
  5. "央视《走近科学》栏目解读七年前磨山树倒之谜". 荆楚网-湖北日报网-湖北门户. 5 January 2007. 3 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2018.
  6. "洪山区历史沿革". 行政区划网站 www.xzqh.org. 行政区划网站/区划地名网站 (Administrative Divisions Web/District Geographic Names Web). 7 July 2014. 1 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
  7. "2017年统计用区划代码和城乡划分代码:东湖风景区街道(洪山)". 中华人民共和国国家统计局信息网. 中华人民共和国国家统计局 National Bureau of Statistics of the People's Republic of China. 2017. 1 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018. 统计用区划代码 城乡分类代码 名称 420111491001 112 磨山社区居委会