Mobil genetik elementlər

Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. O, genlərin yerdəyişmə hadisəsini transpozisiya, hərəkət edən lokusları isə nəzarət elementləri adlandırmışdır . Transpozonlar və ya mobil elementlər bir neçə əlamətlə xarakterizə olunur:

  1. onlar bir saytdan digərinə keçirilə bilir.
  2. onların müəyyən sahəyə daxil olması yaxınlıqda yerləşən genlərin aktivliyini dəyişdirir.
  3. Nəzarət elementlərinin itirilməsi mutabil lokusun stabil lokusa çevrilməsinə səbəb olur
  4. Nəzarət elementləri olan sahələrdə delesiyalar,translokasiyalar,transpozisiyalar,inversiyalar və xromosomların parçalanması baş verir.

Prokariotlarda 3 tip mobil element məlumdur. İS — elementləri,transpozonlar və bəzi bakteriofaqlar. Bunlar həm quruluş və həmçinin tənzimləyici genlərdə mutasiya əmələ gətirir. Mobil elementlərin yerdəyişməsi müxtəlif dəyişikliklərlə nəticələnə bilər. Mobil element genə daxil olub, ekzonu parçalyaraq onu zədələyə bilər. Bu zaman gen zülal kodlaşdırıcı funksiyasından məhrum olur. Mobil elenment enhanser sahələrinə daxil olduqda genin tənzimləyici funksiyasını dəyişdirə bilər. Əgər mobil element intronun spllaysing prosesinə nəzarət edən sahəsinə daxil olursa, bu halda mutasiya baş verə bilər. Transpozonlar genomda yerini dəyişdikdə genlərin aktivliyinə təsir göstərir. Məs: mobil elementin protoonkogenlə yanaşı düşməsi zülalın normadan artıq sintezi və hüceyrənin bədxassəli formaya çevrilməsi ilə nəticələnə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]