Mobil körfəzi

Mobil  ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayıTenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-də ən böyük dördüncü estuaridir.[2] Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir.

Mobil körfəzi
Yerləşməsi
30°26′34″ şm. e. 88°00′33″ q. u.HGYO
Ölkə
Mobil körfəzi xəritədə
Mobil körfəzi
Mobil körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mərkəzində Mobil buxtası olan Landsat proqramı ilə çəkilmiş şəkil

Mobil buxtasının ərazisi 413 kvadrat mil (1,070 km2) təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.[2] Buxtanın ən dərin yeri gəmiçilik kanalında yerləşib, bəzən 75 fut (23 m)-ə çatır, amma orta dərinlik 10 fut (3 m)-dir.[2]

XVI əsrin əvvəllərində ispan səyyahlar Mobil buxtası ərazində üzmüş, ilkin xəritələrdə buxtanı Bahía del Espíritu Santo (Müqəddəs Ruh buxtası) adı ilə işarələmişdilər. Ərazi 1516-cı ildə Dieqo de Miruelo və 1519-cu ildə Alonso Alvares de Pineda tərəfindən daha ətraflı tədqiq edildi. 1528-ci ildə Panfilo de Narvaes Mobil buxtasına bənzər ərazidə səyahət edərkən ekspedisiyanın yaxınlaşması ilə qəsəbələrini yandıran və qaçan yerli amerikalılar ilə qarşılaışdı. Bu hadisə 11 ildən artıq müddətən sonra Ernando de Sotonun səyahəti üçün başlanğıc oldu.[3]

Mobil buxtası Vətəndaş müharibəsi zamanı. 

1540-cı ildə Ernando de Soto buxta və ətraf ərazisini tədqiq etmiş və Muskoqilərin yaşayış yerlərini aşkarlamışdır. Onun döyüşçüləri bu ekspedisiya zamanı qala ilə mühafizə olunan Mauvila (həmçinin Maubila kimi də yazılırdı) qəsəbəsini dağıtmışdılar, daha sonra Mobilin adı bu qəsəbədən götürülmüşdür.[4] Taskalusa başçısı və onun döyüşçüləri ilə baş vermiş bu döyüş Alabamanın daxilində bir yerdə, indiki Mobil ərazisinin şimalında baş vermişdir. Növbəti geniş ekspedisiya 1559-cu ildə Tristan de Luna tərfindən Pensakola yaxınlığında İspaniya üçün daimi koloniya qurmaq məqsədilə təşkil olunmuş və bu cəhd uğursuz olmuşdur.[3]

Ərazidə İspanlar mövcudiyyətinin sporadik olmasına baxmayaraq, fransızlər Dofin-Aylenddə port yaratdılar və 1702-ci ildə Mobil buxtasından bir neçə mil şimalda, Mobil çayının yanında Fransız Luizianasısın paytaxtı olan Mobilin əsasını qoydular. Daşqınlar səbəbi ilə 1711-ci ildə Fort Louis de la Mobile ilkin yerindən Mobil buxtasının yuxarısına köçürüldü.[5]

Vətəndaş müharibəsi ərzində Mobil buxtası Konfederasiya ordularına çox lazım olan təchizatın gətirən blokada dağıdıcılar üçün əsas port kimi istifadə edilmişdir. 5 avqust 1864-cü ildə Admiral Deyvid Farraqut Konfederasiya müdaifəsinə qarşı İttifaq donanmasına rəhbərlik etmiş və Mobil Bey döyüşündə buxatdakı son böyük şərq portunu məhv etmiş, digər portların təchizat qəbulunu kəsməyə müvəffəq olmuşdu. American Diver, CSS Gaines, CSS Huntsville, USS Philippi, CSS Phoenix, USS Rodolph, USS Tecumseh və CSS Tuscaloosa daxil olmaqla bir çox Vətəndaş müharibəsi dövrünə aid gəmi qalıntıları Mobil buxtasında qalmaqdadır.[6]

Vaxt keçdikcə mallar dəyişsə də Mobilin port olaraq əhəmiyyəti indi də davam etməkdədir. Pambıq XIX əsrdə əsas əmtəə olmuşdur. İkinci dünya müharibəsi ərzində Mobilin gəmiqayırma sənayesi genişlənmiş və şəhər əhalisi artdı. Artım indikindən daha sürətli idi.

Şəhər tarix boyu bir neçə dağıdıcı qasırğa yaşamışdır, ən axırıncılar 1979-cu ildəki Frederik qasırğası və 2005-ci ildəki Katrina qasırğası olmuşdur. Aşağı hündürlükdəki yerlər, o cümlədən mərkəzi biznes rayonu qasırğalar zamanı dəfələrlə su altında qalıb. Lakin şəhərin böyük hissəsi dəniz səviyyəsindən 200 fut (61 m)-dən artıq yüksəkliyə malikdir, bu hal Meksika Körfəzi və Atlantik sahilləri üçün normal hal deyildir.

13 sentyabr 1979-cu ildə Fredrik qasırğası 145 mil/saat (233 km/saat) sürətə çatan küləklə birlikdə buxtaya daxil oldu, Dofin-Aylend ilə olan körpünü dağıtdı. 28–29 avqust 2005-ci ildə Katrina qasırğası fırtına dalğalarını Mobil buxtasına gətirmiş, dalğalar Bayu-La-Batrda 16 feet (4.9 m)-ə, və Mobildə buxtasının şimalında, Mobildə 12 fut (3.7 m)-ə çatmışdı. Minlərlə qayıq, bərə və sahil evləri hündürlüyü 22 fut (6.7 m)-ə çatan dalğalar tərəfindən dağıdılmış və USS Alabama linkoru yanalma körpülərini qırmış, portdakı yerindən kənarlaşmışdı (sola əyilmişdi). Mobilin mərkəzi bir neçə fut suyun altında qalmış və cənub qəsəbələri olan Bayu-La-BatrBon-Sekura ciddi ziyan dəymişdi. Müxtəlif ölçülü onlarla gəmi sahildə çətin vəziyyətdə qaldı.

Sahilyanı qəsəbələr

[redaktə | mənbəni redaktə et]

Mobil şəhəri buxtanın yuxarısında, qərb sahilində yerləşir. Buxtanın şərq sahilində Spaniş-Fort, Dafni, Feyrhop, Poynt-KlirBon-Sekur kimi kiçik yaşayış məntəqələri vardır. Qalf-Şors qəsəbəsi buxtadan bir az aralı, Fort-Morqan yarımadasında yerləşir. Middl Bey mayakı 1885-ci ildən bəri buxtanın ortasında mövcuddur.

Buxtanın yuxarısı iki böyük avtomagistralla kəsişir, "Bayway" adı ilə tanına Jubilee Parkway və "Causeway" adı ilə tanınan Battleship Parkway. Bu iki körpü Mobil şəhəri ilə Şərq sahili arasında başlıca əlaqəni təmin edir.[7] İsti yay gecələrində Mobil buxtası ətrafındakı əhali mistik təbii fenomen olan Yubileyin meyvələrindən həzz alırlar, bu vaxt balıq və xərçənglər sahilə yığılır və əhali tərəfindən asanlıqla toplanır.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 3 "Estuarium Exhibits: Mobile Bay" Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine.
  3. 1 2 Thomason, Michael.
  4. "The Old Mobile Project Newsletter" Arxivləşdirilib 2015-10-31 at the Wayback Machine (PDF).
  5. "Historic Fort Conde" Arxivləşdirilib 2015-10-31 at the Wayback Machine.
  6. Gaines, W. Craig (2008).
  7. "History" Arxivləşdirilib 2008-03-12 at the Wayback Machine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]