Modal dialoq boksu

Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur:

• İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də.

• İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır.

• İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.