Moderator

Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var:

• başqalarının məlumatlarını uzaqlaşdırmaq;

• başqalarının məlumatlarını redaktə etmək;

• istifadəçilərin səhifələrini uzaqlaşdırmaq;

• istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq.

Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.