Mogilev Metallurgiya Zavodu ASC (belar. Магілёўскі металургічны завод) — Mogilyov şəhərində yerləşən metal borular, texniki hissələr, dəmiryolu xətləri, dəmir və polad məhsulları istehsal edən Belarus müəssisəsidir.
Mogilyov Metallurgiya Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 6 noyabr 1932[1] |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Belarus Metallurgiya Zavodu[3][4] |
mmz.by | |
Vikianbarda əlaqəli mediafayllar |
Zavod 1929-1932-ci illərdə Mogilyovun şimal-şərq hissəsində qurulub və əvvəllər A.F.Myasnikov adına Mogilyov Tökmə Boru Zavodu adlanırdı. Zavodun ilk məhsulları çuqun su kəməri borularıdır.[5][6] 1932-1934-cü illərdə BSSR Xalq Komissarları Soveti yanında SSRİ Xalq Ağır Sənaye Komissarlığının, 1934-cü ildən isə Belarus Respublika Metal Emalı Sənayesi Trestinin tabeliyində olmuşdur[7] 1937-ci ildə metalyayan prokat sexi istifadəyə verildi. Böyük Vətən Müharibəsi illərində zavodun avadanlıqları təxliyə edilmişdi. 1947-ci ildə polad təbəqələrinin, 1948-ci ildə isə boruların istehsalına başlandı.[5] 1944-cü ilin iyun-noyabr aylarında zavod Belarus Respublika Aparat Sənayesi Trestinə, sonra Belmaşstankotrestə, 1946-cı ildən BSSR Yerli Sənaye Nazirliyinə tabe idi. 1953-cü ildə zavod artıq polad dam örtüklərinin istehsalını mənimsəmişdi. Elə həmin il boru tökmə zavodunun adı dəyişdirilərək metallurgiya zavoduna çevrildi. 1959-cu ildə zavod SSRİ-də ilk olaraq yarım-fasiləsiz üsulla çuqun su borularının istehsalına başlamışdı. 1957-1965-ci illərdə zavod BSSR Xalq Təsərrüfatı Şurasının tabeliyində olmuş, 1965-ci ildə yenidən Yerli Sənaye Nazirliyinin tabeliyinə keçmişdir. 1984-cü ildə zavod "Soyuztruostal" Ümumittifaq Sənaye Birliyinin tərkibinə daxil oldu. 1986-cı ildə zavodda boruların elektrik qaynaq üsulu ilə istehsalı üzrə ilk qurğu işə salındı. Həmin ildə diametri 400 mm olan çuqun borularınnın tökmə üsulu ilə hazırlanması mənimsənildi. 1991-ci ildə Belarus Respublikası Sənaye və Sahələrarası İstehsal üzrə Dövlət Komitəsinin, 1994-cü ildə Belarus Respublikası Sənaye Nazirliyinin tabeçiliyinə verildi. 1996-1997-ci illərdə zavod korporativləşdirildi, açıq səhmdar cəmiyyətinə çevrildi. Müəssisənin nizamnamə kapitalında Amerika şirkəti də iştirak etmişdi. 2003-cü ildə çuqun lyukların, 2004-cü ildə tökmə və çınqıl atma istehsalına yiyələnildi. 2006-cı ildə zavod hüquqi şəxs hüquqlarını saxlamaqla "Belarus Metallurgiya Zavodu" istehsalat birliyinin tərkibinə daxil oldu (2012-ci ildən açıq səhmdar cəmiyyəti formasında holdinqə çevrildi). 2013-2017-ci illərdə zavod dəmir yolu nəqliyyatı üçün sərbəst döymə üsulu ilə kobud oxların istehsalını mənimsəmişdi.[8][9]
Zavod müxtəlif təyinatlı dairəvi və profilli kəsikli elektrik qaynaqlı borular (o cümlədən su və qaz kəmərləri), dartma dəmiryolu xətləri, texniki hissələr, dəmir məmulatları, istehlak malları, döyülmüş polad parçaları istehsal edir[10]. 2017-ci ildə məhsulların 90%-i 22 ölkəyə ixrac edilib. 2017-ci ildə polad elektrik qaynaqlı boruların istehsalı ayda 6 min ton təşkil edib.[11] Şirkətin 980 işçisi var. 2007-ci ildə şirkətin səhmlərinin 56%-i dövlətə məxsus idi.[12]