Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938)

Moldova Sovet Sosialist Muxtar Respublikasının 1938-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1938) — 6 yanvar 1938-ci ildə Moldova MSSR VII Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. Moldova MSSR-in yeni konstitusiyası 11 fəsil və 114 maddədən ibarət idi. Bu, 1925-ci il Konstitusiyasından 4 fəsil daha uzun idi. Yeni fəsillər sosial nizamdan, vətəndaşların hüquq və vəzifələrindən, seçki sistemindən, konstitusiyaya dəyişikliklər edilmə prosedurundan bəhs edirdi.

  • А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев. 1961
  • Государственно-правовые акты. Кишинев. 1963
  • V. M. Ivanov. Istoria constituțională a RASSM. Chișinău. 1979