Molekulyar dispersiya

Molekulyar dispersiya ya da işıq səpələnməsi- molekulyar refraksiyasına analoji olaraq maddələrin tərkiblərini və quruluşlarını təyin edən xüsusi kəmiyyətdir.

Təyin olunması

[redaktə | mənbəni redaktə et]

Hər maddəni xarakterizə edən dispersiya onun iki müəyyən olunmuş dalğalarının şüasındırma əmsalları fərqi ilə təyin olunur.

İşıq mənbəyi Adlandırılma Rəng Dalğanın uzunluğu
Hidrogen çubuğu C Qırmızı 656.3
Natrium lampası D Sarı 589.3
Dəmir lampası E Yaşıl 527.0
Hidrogen trubası F Mavi 486.1
—"— G Bənövşəyi 434.1

Adətən, bunun üçün elementlərin atom spektrində olan dalğaların uzunluğuna görə ən parlaq xətlərinə cavab verən şüalar götürülür. Təyin olunmuşdur ki, işıq üçün şüasındırma əmsalının ən böyük qiyməti daha kiçik dalğa uzunluğuna malikdir və əksinə.

Molekulyar dispersiyaların növləri

[redaktə | mənbəni redaktə et]

Laboratoriya təcrübəsində daha çox işıq mənbəyi olan sarı natrium xətti D, həmçinin F və G hidrogen xətləri götürülür. nF – nG fərqi orta dispersiya kimi, aşağıdakı nisbət nisbi dispersiya:

(n(F)–nG)/nD *105

Bu nisbət isə :

(n(F)–nG)/ρ *104 xüsusi dispersiya adlandırılır. Xüsusi dispersiya maddənin iki müxtəlif uzunluqda dalğalarının (F, G) refraksiya əmsalları fərqinin onun sıxlığına nisbəti ilə təyin edilir.

Neft məhsullarının xüsusi dispersiyalığı

[redaktə | mənbəni redaktə et]

Neft məhsullarının xüsusi dispersiyalığı onların kimyəvi tərkibi və şüasındırma əmsallarının arasındakı asılığı göstərir. Bu asılılıqdan istifadə etməklə neft kimyasında neft fraksiyalarının qrup tərkibini təyin etmək mümkündür. Xüsusi dispersiya additivdir və qarışdırma qayda-qanununa əsasən hesablana bilər. Bu qayda benzinin tərkibindəki arenlərin təyininə imkan verir. Müqayisədə arenlərin xüsusi dispersiyaları alkanların və sikloalkanların dispersiyalarından qat-qat yüksəkdir.

Karbohidrogenlərin müxtəlif homoloji sıralarının xüsusi dispersiyasının dəyəri

[redaktə | mənbəni redaktə et]
  • Doymuş karbohidrogenlə=99
  • Arenlər
  1. benzol=190.5
  2. toluol=184.9
  3. Etilbenzol, ksilol=179.2
  4. Monotsikliklilər=200-ə qədər
  5. Politsiklikyüksək temperaturda qaynayanlar=465-ə qədər

Yuxarıda qeyd olunduğu kimi, dispersiyanın təyini üçün ən vacib göstəricilərdən biri şüasındırma əmsalı və sıxlıqdır. Ən dəqiq və tez şüasındırma əmsalı 1.33·10−4 – 1.78·10−4 intervalda və maddənin dispersiyalıllığı ±1.5·105 dəqiqliyi ilə Pulfrix (ИРФ-2) refraktometrində ölçülür.

  • Технический словарь том II. Удельная дисперсия. Стр. 236
  • Справочник химика 21, Химия и химическая технология. Атомная рефракция, стр. 56.