Molla Bilal

Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824[1]1899[1]) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi.

Bilal Nazim
Molla Bilal bin Molla Yusif Nazim
Təxəllüsü Bilal Nazim
Doğum tarixi
Doğum yeri Kulja şəhəri, Çin
Vəfat tarixi
Vəfat yeri Jarkənd, Qazaxıstan
Milliyyəti Uyğur türkü
Təhsili Baytulla mədrəsəsi
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili uyğurca
Janrlar şeir, poema, povest

Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur.[2] Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir.

Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur. O, şair kimi Əbülqasım Firdovsi, Əbdürrəhman Cami və Əlişir Nəvainin yaradıcılığından təsirlənmişdir. Əsərlərinin əksəriyyəti lirik şeirlərdən ibarətdir (“Qəzəliyyat” toplusu, 1852). Bilal Nazim öz əsərləri ilə uyğur şeirinin üfüqlərini genişləndirmiş, insan ləyaqəti və azadlığını, ədalət və humanizm ideyasını tərənnüm etmişdir. “Qısa Ədəbi Ensiklopediya”da qeyd olunduğu kimi, “Bilal Nazimin şeirləri və dastanları demokratik ideya istiqaməti və forma ustalığı ilə fərqlənir”. “Çin dövlətində hərəkat” (1876) tarixi poeması uyğur xalqının Mançu-Çin işğalçılarına qarşı mübarizəsinə həsr olunmuşdur. (Əsər 1880-ci ildə Kazanda məşhur şərqşünas N.N. Pantusov tərəfindən nəşr edilmişdir). Bilal Nazimin bəzi poema və povestlərinin süjetləri şifahi xalq yaradıcılığı ənənələrinə əsaslanır. Bunların arasında məşhur “Yalançı Yusifxan” satirik poeması və “Nazugum” povesti (1909-cu ildə Kazanda N. N. Pantusov tərəfindən rus dilində nəşr edilmişdir). “Yalançı Yusifxan” povestində Kokanddan gələn bir fırıldaqçının əməllərindən bəhs olunur. “Nazugum” povestində (1882) isə Çin müstəm¬ləkəçilərinə qarşı milli azadlıq hərəkatında iştirak edən Uyğur xalqının qəhrəman oğlu təsvir edilmişdir.

  • Китаби-Газат дәр мүлки Чин, Казан: 1875;
  • Пантусов Н. Н., Таранчинские песни, СПБ: 1890;
  • Пантусов Н. Н., Образцы таранчинской народной лит-ры, Казан: 1909.
  1. 1 2 Faceted Application of Subject Terminology.
  2. "Bilal Nazim häykili aldida". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.