Molla Məhəmməd

Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı.[1][2]

Molla Məhəmməd
Məhəmmədqulu
Ümumi məlumatlar
Doğum adı Məhəmmədqulu Balaəli oğlu Əhmədov
Ləqəbi Molla Məhəmməd
Doğum tarixi
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Maştağa, Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 1964—2010

1950-ci ildə Bakının Maştağa kəndində doğulub.[3] Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib.[3] 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.[3]

15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib.[3] Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Həbs olunması

[redaktə | mənbəni redaktə et]

1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir.[3] Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin".[3] Məclis sahibi bir maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. Təxminən iki il meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir.[3]

1984-cü ildə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu saxlayıb, həbs etdilər.[3] Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir.[3] Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə maraqlanmayıb. Beş illik həbsxana həyatından sonra Molla Məhəmməd azadlığa buraxılır.[3]

2010-cu ilin fevralın 23-də uzun sürən xəstəlikdən sonra vəfat edib.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Təsbeh həvəskarı idi.[3] Müğənni Səxavət Məmmədovlə dost idi.[3]

Musiqi repertuarı

[redaktə | mənbəni redaktə et]
  • "Bakılı balasıyam"
  • "Çağırsa ellər gedərəm davaya"
  • "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam"
  1. "Qəzəlxan Molla Məhəmmədin oğlu: "Bu mahnı məsələsi atamın dərdinin üstünə dərd gətirdi"". www.telebe.az. www.telebe.az. 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
  2. "Mehman Əhmədli: "Balqabağam ki, kimsə məni döymək istəsin?" - AUDİO - FOTOLAR". milli.az. milli.az. 2017-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2021.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Adam bıçaqladığına görə iki il sonra toyda həbs edilən söz ustadının". olke.az. olke.az. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2021.