Monoblok (stul)

Monoblok stulu

Monoblok — yüngül, yığıla bilən polipropilen stul. Adətən ağ rəngdədir və tez-tez dünyada ən çox yayılmış plastik stul kimi təsvir edilir.[1] Ad tək parça halında döyülmüş obyekt mənasını verir və "mono" ("bir") və "blok" sözlərinin birləşməsindən yaranıb.

1946-cı ildə Kanadalı Duqlas Simpson tərəfindən hazırlanmış tək parçalı plastik stulun variantları 1970-ci illərdə Allibert Group və Grosfillex Group ilə birlikdə istehsal edilib.[2] Digər mənbələr Nuryo-Volonyadan olan fransız mühəndis Henri Massonnetin 1972-ci ildə yaratdığı "Fauteuil 300"-ə istinad edərək onun monoblokun ixtiraçısı olduğunu qeyd edir.[3] Onlar 1965-ci ildə Co Kolombo tərəfindən hazırlanmış "Chair Universal 4867" dizaynından ilhamlanmışdılar, lakin monoblok stulu dizaynı üçün heç bir patent verilməmişdi.[4][5] O vaxtdan bəri dünyada milyonlarla məhsul istehsal edilmişdir.

  1. Alter, Bonnie. "Is This the World's Most Famous Chair?". TreeHugger. 2010-11-18. 2020-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  2. Rashid, Karim. "A brief history of the humble plastic chair". CNN. 2015-09-13. 2015-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  3. "Monobloc – Ein Stuhl für die Welt" [Monobloc - A chair for the world]. Vitra Design Museum (alman). 2017. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  4. Suzdaltsev, Jules. "White Plastic Chairs Are Taking Over the World". VICE (ingilis). 2015-01-28. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  5. van den Elshout, Guido J. "Monobloc Chair: Joe Colombo and Vico Magistretti". Chair Blog. 2011-12-27. 2012-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]