Aromatik poliamidlərin sintezində istifadə olunan monomerlər Tere- və izoftar turşularından alınan aromatik poliamidlər alifatik poliamidlərdən (məsələn, poliamid-6 və -6,6) daha yüksək ərimə temperaturuna malik olması ilə fərqlənir: bir qayda olaraq bu göstərici 573 K-dən yüksək olur. Belə ki, tereftal turşusunun N,N-difenil-p- fenilendiaminlə kondensləşməsi zamanı ərimə temperaturu 663 K olan lifəmələgətirən polimer alınır. Tereftal turşusu ilə pepetazindən alınan lifəmələgətirən polimerin ərimə temperaturu 623-673 K-dir. Tereftal turşusundan alınan poliamidlər izoftal turşusu əsasında poliamidlərlə müqayisədə daha yüksək ərimə temperaturuna malikdir. Məsələn, 2,5-dimetilpiperazinin (trans-forma) vakumda tereftal turşusu ilə qarşılıqlı təsirdən parçalanma temperaturu 673 K-dən yüksək olan lifəmələgətirən polimer alınır. İzoftal turşusu əsasında hazırlanmış analoji polimer 588 K ərimə temperaturuna malikdir. Tereftal turşusu ilə 4,4-diaminditsikloheksilmetandan sintez olunmuş lifəmələgətirən polimer 648 K-də əriyir. İzoftal turşusunun müvafiq polimerinin ərimə temperaturu 473 K-ə bərabərdir. Aromatik dikarbon turşuları ilə piperazinlərdən polimerlərin alınmasında müvafiq turşulardan və yaxud onların törəmələrindən: efirlər, anhidridlər, xloranhidridlər, amidlərdən istifadə olunur. Tsikloalifatik diaminlərdən poliamidlər sintez etmək üçün turşulardan, aromatik diaminlərdən sintez üçün isə turşuların xloranhidridlərindən istifadə edilir.
Flüorlu polimerlər-etilenin flüor törəməli homopolimeri və onların başqa olefinlərlə və flüor saxlayan olefinlərlə birgə polimerləri – bir çox qiymətli xassələrə malikdirlər: bir cox kimyəvi maddələrə qarşı inertlilik, istiliyə, şaxtaya və atmosfer təsirlərinə qarşı davamlılıq, sürtünmə əmsalının azlığı, yanmamış, suya və yağa qarışmaması kimi xassələr.
Bütün bunlara və yaxşı dielektrik xassələrinə görə flüorpolimerlər plastik kütlələr arasında vacib yerlərdən birini tutur. Bunlar tibbdə və texnikada geniş tətbiq olunur.
Ən geniş yayılmışlar politetraftoretilen, politrixlorfiüoretilen, polivinilidenflüorid və tetraflüoretilenin etilenlə, vinilidenflüoridlə, heksaflüorpropilenlə, flüoralkilvinil efirləri ilə birgə polimeri, həmçinin xlortriflüoretilenin etilenlə birgə polimerləridir.
http://asoiu.edu.az/docs/proqramlar/KIMYA_TEXNOLOGIYA_IXTISASLAR/2304.01.pdf
Bu məqalə qaralama halındadır. |