Monorim və ya monorifma (fr. monorime; yun. μόνος və ῥυθμός sözlərindən yaranmışdır, mənası – "birqafiyəli") — bir qafiyədən istifadə edən şeir və ya onun hissəsi. Aleksandr Kvyatkovskinin tərifinə görə, "həmahəng qafiyə"dir.[1] Monorim orta əsr şərqi poeziyasında, məsələn, qəzəllərdə və bir sıra Avropa poetik ənənələrində, məsələn, Uelsdə, geniş istifadə olunurdu.[2]