Monrealda Azərbaycan günü (film, 1967)

Reportaj-film bir neçə epizoddan ibarətdir. Filmdə Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və elm xadimlərindən, sənaye və kənd təsərrüfatı qabaqcıllarından ibarət nümayəndə heyətinin Monrealda Azərbaycan günündə iştirak etməsi, onun şəhər meri tərəfindən qəbul olunması, Monrealda Ümumdünya sərgisinin, Azərbaycan SSR gününün təntənəli açılışı, nümayəndə heyətimizin OttavaToronto şəhərlərinə səfəri haqqında danışılır. Eyni zamanda yeri gəldikcə filmdə Kanadanın görməli yerləri barədə də söhbət açılır.

Monrealda Azərbaycan günü
Janr sənədli film
Ssenari müəllifi Faiq Qasımov
Operator Faiq Qasımov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1967
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1967
Texniki məlumatlar 2 hissə
540 metr
35 mm
Rəng rəngli

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Faiq Qasımov
Operator: Faiq Qasımov
Mətnin müəllifi: Yusif Vəkilov
Səs operatoru: Şamil Kərimov
Montaj üzrə rejissor: Musa Bağırov